Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ərdoğan Davudoğlu-AKP böhranından danışdı
Tarix: 7-05-2016, 13:46 | Saat: 15:47:00
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Ərdoğan Davudoğlu-AKP böhranından danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın sonunda baş nazir postundan gedəcək Əhməd Davudoğlu və AKP haqqında danışıb.

Avropa.info xəbər verir ki, Ərdoğan Davudoğlu-AKP böhranı ilə bağlı ilk dəfə fikirlərini açıqlayıb.

"Cənab baş nazir qurultayda namizəd olmayacağını açıqlayıb. Onun bu qərarının xeyirli olmasını arzulayıram. Baş nazirə verdiyi 20 aylıq xidmət üçün təşəkkür edirəm. Millətimiz bu ölkə üçün kərpic üstünə kərpic qoyan heç kimi unutmaz. Cənab baş nazirin də müstəsna yerə malik olduğuna inanıram. Mən onunla uzun illər çalışdım. Son 20 aydır ki, baş nazir olaraq gördüyü işlərə görə cənab baş nazirə təşəkkür edirəm.

40 illik yoldaşlarımın üzvü olduğu, 12 ilə yaxın müddət rəhbərlik etdiyim AKP-nin fəaliyyətini yaxından təqib etməyim bəzilərini narahat edir. Niyə narahat olursan, bundan daha təbii nə ola bilər? Prezident olmağım keçmişimlə və dostlarımla əlaqəmi kəsmək mənasına gəlirmi? Tam əksinə, mən bu kimliklə namizəd oldum, 52 faiz səslə bu məqama gəlmişəm.

Bizim haqqımızda çox arzularda olublar. 2008-ci ildə iqtisadiyyat məhv olacaq dedilər. Zənləri boş çıxdı. Boşuna təbil-zurna döyməyin. Bu millət ayaqdadır, inşallah, sabahlar bundan da gözəl olacaq. Heç narahat olmayın.

Biz sadəcə Rəbbimizin hüzurunda rüku edirik. Türkiyənin son 13 ildə yaşadığı böyük dəyişiklik eyni zamanda böyük bir sabitlik və etimad mühitinə də imkan yaratmışdır. Keçmişdə bu cür dəyişikliklər çox böyük böhranlara yol açardı. Ötən il iki mühüm seçki keçirdik. Daha əvvəl də 17-25 dekabr dövlət çevrilişi cəhdləri. Nə oldu?

Bugünkü Türkiyə dünəninin Türkiyəsi deyil. Türkiyənin qarşısında 2020 hədəfləri kimi əhatəli və həyəcanverici bir yol xəritəsi var", - deyə Ərdoğan qeyd edib.

3888 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___