Bu qədər çətin olduğunu bilməzdim - Sadıqov
Tarix: 07-05-2016 | Saat: 01:55
Bölmə:Karusel / İdman / M2 | çapa göndər
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov Bakıda keçirilən "Böyük dəbilqə" turniri barədə danışıb.
O, Report-a açıqlamasında yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib.
S.Sadıqovun sözlərinə görə, belə təşkilatçılıq həm çətin, həm də məsuliyyətlidir: "İlk ev yarışımızdır ki, bu qədər qonaqları, ölkələri, cüdoçuları qəbul edirik. Bu qədər çətin olduğunu bilməzdim. Bu, həm də çox məsuliyyətli bir işdir. 80-dək dövlət qəbul edilib, yarış çox yüksək səviyyədə təşkil olunub".
İlk yarış günündə Azərbaycan yığması 1 bürünc medal qazanıb. Həmin medala 66 kq çəki dərəcəsində çıxış edən Tərlan Kərimov yiyələnib. S.Sadıqov bunu həm də özünün ilk medalı kimi dəyərləndirib. Onun fikrincə, növbəti günlərdə medalların əyarı daha yüksək olacaq: "Ev sahibi olaraq, bürünc medal bir qədər aşağı nəticə olsa da, bu gün üçün uğurlu saymaq olar. Hələ qarşıda iki günümüz var. Növbəti günlərdə daha yüksək əyarlı medallar qazanmağa çalışacağıq".
Qeyd edək ki, Sadıq Sadıqov Azərbaycan Cüdo Federasiyasında 2015-ci ilin sentyabrından vitse-prezident vəzifəsində çalışır.
Xəbəri paylaş
7038 dəfə oxunub.
Digər xəbərlər

19-06-2020, 21:31
Bakıdan İstanbula daha iki xüsusi reys yerinə yetiriləcək
26-07-2018, 11:18
Yaponiyada kəskin isti 80 can aldı
2-05-2020, 00:05
Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı
15-09-2017, 12:08
Röya oğlu ilə şəkil paylaşmağına peşman oldu: "Axmaqlar..."
26-03-2016, 20:29
Lənkəranski Bakinskidən oğru adını aldı – VİDEO
17-09-2016, 19:02
Kəpəkdən qurtulmağın ən asan yolu - VİDEO
20-05-2018, 17:03
Bu insanların orucu qəbul olmur (SİYAHI)
8-12-2015, 22:06
Rusiyalı jurnalistləri Türkiyədən qovdular
18-10-2015, 16:26
Razi Nurullayev sədr seçildi - Fotolar
22-06-2022, 11:32
Toyda “Laçınım” mahnısının üstündə qan töküldü