Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İrəvan Mühacir Hökuməti yaradılsın
Tarix: 07-05-2016 | Saat: 00:31
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

İrəvan Mühacir Hökuməti yaradılsın

Erməni təxribatı davam edir.Demək olar müharibə şəraitindəyik,hər gün cəbhə bölgəsindən güllə səsləri eşidilməkdədir. İşğal altında olan torpaqlarımızdan hər gün sərhədyanı bölgələrdə yaşayan mülki əhali atəşə tutulur. Bunlar azmış kimi həyasızlıqlarına bəraət qazandırmaq üçün ötən həftə Ermənistan parlamentinin sədr müavini Ermine Nağdalyan qeyd etdi ki,erməni tərəfi Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş beş əraziyə iddialı deyil: “Dünya Qarabağı tanıyan kimi biz bu torpaqları qaytaracağıq, onlara bizim hüququmuz çatmır, biz bu torpaqları istəmirik – onlar yalnız bizim bufer zonamız, təhlükəsizliyimizin zəmanətidir”.

Buradan bir daha görünür ki, ermənilər işğalçı olmalarını etiraf edirlər, həm də avantüra ilə məşğul olurlar. Biz bu etiraflara aldanmamalıyıq. Çünki bu fikirlərin arxasında özlərini yazıq, məzlum kimi qələmə verməklə beş rayonun qarşılığında qondarma Dağlıq Qarabağ Respublikasını dünya ictimaiyyətinə tanıtmaq və ardınca istəklərinə nail olmaq kimi absurd məqsəd dayanır. Subyektiv fikrimiz olsa da, bildirməliyik ki, ermənilər məsələni belə qoyurlarsa, zərurət yaranıb ki, İrəvan Mühacir Hökuməti yaradılsın. Çünki İrəvan xanlığı bizim olub, bunu tarixi faktlar da sübut edir.

Tarixi xronoloji ardıcıllığın qorunması İrəvan həqiqətlərini yazılı və rəsmi olaraq mənbələrlə əsaslandırır. 1655-ci ildə İrəvana gəlmiş Jan Babtist Taverniyev xanlığı gəzərkən şəhər qalasında 800 müsəlmana aid evin olduğunu əsərlərində təsdiqləyib. Babtist yazıb: “ Şəhər torpaqlarını cənub-qərbdən axan Zəngi çayları suvarır. Sərdarın sarayı çox gözəl, möhtəşəm bir imarətdir. Min addım o yanda Keçi qalası ucalır”.

Xanlığın əhalisinin 20%-nin erməni, 80%-nin isə azəri türkü olmaqla bu torpaqların azəri türklərinə məxsusluğunu rus tarixçisi H. Şavrov da təsdiqləyib. Erməni tarixçisi A. Qioanisyanın XIX əsrin əvvəlində ermənilərin şəhər əhalisinin dörddə birini təşkil etməsini özləri belə etiraf edib.

Belə faktlar yüzlərlə olduğu halda Azərbaycan torpaqlarından Ermənistan “dövləti” yaradanlar utanmadan, çəkinmədən indi də beynəlxalq ictimaiyyətin qondarma Dağlıq Qarabağ Respublikasını tanımasını Ermine Nağdalyanın ehyamı ilə səsləndirir, bundan sonra erməni işğalıda olan digər beş rayonu qaytarmağı şərt kimi irəli sürür. Buradan da bir daha görünür ki, ermənilər könüllü beş rayonu qaytaran deyillər.Aparılan danışıqlar imitasya xarakterlidir ,erməni və onların tarixi havadarlarına vaxt qazanmaq üçün yetərlidir.Bunu ATƏT-in minsk üzvü olan ölkələrin həmsədirləridə bilir,ermənilərin “əlinə”oynayırlar.

Belə olduğu təqdirdə biz nədən gecikib, İrəvan Mühacir Hökumətini yaratmamalıyıq,elan etməməliyik?!

Faktinfo.az


Xəbəri paylaş

9198 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___