Ermənistanda Naxçıvan vahiməsi
Tarix: 06-05-2016 | Saat: 23:14
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan bölgəsində qarşı tərəfin hərbi texnikasının cəmlənməsi müşahidə olunur.
Bu barədə jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin Müdafiə, milli təhlükəsizlik və daxili məsələlər komissiyasının sədri Koryun Naapetyan bildirib.
"Xəbəraz.az " erməni mətbuatına istinadən yaydığı məlumata görə, Naapetyan iddia edib ki, Ermənistan ordusunun döyüş hazırlığının səviyyəsi yüksəkdir. O, əlavə edib ki, zərurət yaranarsa, müvafiq tədbirlərə əl atılacaq və narahatlığa əsas yoxdur.
Xəbər verildiyi kimi, mayın 6-da Azərbaycan müdafiə nazirinin tapşırığına əsasən qoşunların döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə hərbi birlik və birləşmələrdə keçirilən təlimlərə cəlb edilən müxtəlif növ hərbi texnikanın müəyyən edilmiş marşrutlar üzrə planlı şəkildə daşınması həyata keçirilib. Çox güman ki, Naxçıvan cəbhəsində də eyni proseslərin həyata keçirilməsi Ermənistanda panika yardıb. Paralel olaraq ordu rəhbərliyinin mayın 8-9-da işğalçıya zərbə vurula biləcəyi ilə bağlı düşməni vahiməyə salan xəbərlərə rəsmi münasibəti Ermənistanda narahatlığı daha da artırıb. İşğalçının Qarabağ cəbhəsindən hansısa təxribat-diversiya hərəkətlərinə əl atacağı, yaxud Azərbaycanın strateji obyektlərini hədəfə alacağı halda, Azərbaycanın Naxçıvandakı hissələrinin Metsamor AES və İrəvanı hədəfə alacağı ilə bağlı xəbərdarlıqlar düşməni təşvişə salıb.
Əlavə edək ki, Ermənistan parlamentində vəziyyətlə bağlı qapalı müzakirələr də aparılıb. Bir gün əvvəl Müdafiə naziri Seyran Ohanyanın iştirakı ilə aparılan müzakirələrlə bağlı geniş açıqlama verməyən komissiya sədri K.Naapetyan bunu iclasın qapalı keçirilməsi ilə əlaqələndirmişdi.
Xəbəri paylaş
7338 dəfə oxunub.
Digər xəbərlər

26-08-2020, 15:25
“Sizi məhv edəcək səhvlərdən çəkinin”- Ərdoğandan sərt xəbərdarlıq
5-11-2015, 21:04
Nəqliyyat Nazirliyi 3 milyona yol çəkəcək - SƏRƏNCAM
22-03-2022, 10:43
Nazpəri Dostəliyeva 41 yaşında ölən oğlundan yazdı: "Sənsiz yaşadığım iztirablı..." - FOTO/VİDEO
15-08-2016, 20:44
“Facebook”dan möhtəşəm yenilik - artıq bezməyəcəksiniz
28-10-2015, 19:53
Ölümdən qurtaran qidalar...
29-05-2019, 12:02
Bakıda əməliyyatdan sonra ölən həkimlə bağlı-AÇIQLAMA
6-05-2023, 11:01
“WhatsApp”dan yenilik: Naməlum nömrələrdən zəng etmək... - FOTO
8-03-2016, 22:59
Azərbaycanda “Xeyir və Şər adətləri” adlı qanun layihəsi hazırlanır
19-11-2016, 22:07
Üz dərisini necə cavan saxlamaq olar