Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Seçkilərlə bağlı maarifləndirmə aparılır
Tarix: 06-05-2016 | Saat: 19:16
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər

Seçkilərlə bağlı maarifləndirmə aparılır
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 90 saylı Ağdaş seçki dairəsi üzrə 2016-cı il iyunun 18-nə təyin edilmiş Milli Məclisə təkrar seçkilərlə əlaqədar hazırlıq işlərini və maarifləndirmə tədbirlərini davam etdirir.

"Xəbəraz.az " MSK-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına uyğun olaraq, Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı ilə birgə 2016-cı il mayın 7-də “Seçki hüquqlarının müdafiəsi” mövzusunda seminar keçirəcək.

90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının inzibati binasında baş tutacaq tədbirdə dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrlərinin iştirakı nəzərdə tutulur. Seminarda Mərkəzi Seçki Komissiyası və Ombudsman Aparatının nümayəndələri tərəfindən əsas insan hüquq və azadlıqlarının tərkib hissəsi olan seçki hüququnun pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarında baxılmasına dair müxtəlif mövzularda çıxışlar ediləcək, təqdimatlar və müzakirələr aparılacaq, həmçinin iştirakçıları maraqlandıran suallara aydınlıq gətiriləcək.

Qeyd edək ki, seçki hüquqlarının müdafiəsinə həsr olunan tədbir Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində təşkil edilir.


Xəbəri paylaş

5918 dəfə oxunub.

Digər xəbərlər
29-02-2016, 12:15 Mart ayının hava proqnozu

bütün xəbərlər
____ Instagram ___