Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şəhidin medalı ailəsinə təqdim edildi - Fotolar
Tarix: 06-05-2016 | Saat: 17:46
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Şəhidin medalı ailəsinə təqdim edildi - Fotolar
Daha bir şəhidimizin medalı ailəsinə təqdim edilib. "Xəbəraz.az "" Kəpəz TV-yə istinadən xəbər verir ki, "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal. Azərbaycan silahlı qüvvələrinin kiçik çavuşu Elmir Zeynalov göstərdiyi şücaətə görə, bu mükafata layiq bilinib. Amma medalı özünə yox, ailəsinə təqdim edilib.

Goranboyun Əhmədabad kəndində Müdafiə Nazirliyinin nümayəndələri, rayon İcra Hakimiyyətinin əməkdaşları, kənd sakinləri və hərbçilərin iştirakı ilə ölümündən sonra təltif edilən şəhid Elmir Zeynalovun medalı ailəsinə təqdim olunub. Kiçik çavuşun döyüş yolu, ötən ayın əvvəllərində Azərbaycan ordusunun cəbhədəki uğurları, şəhidlərin qanının yerdə qalmayacağı, tezliklə işğal altında olan torpaqların azad ediləcəyi təşkil edilən mərasimdə xüsusi vurğulanıb.

Çıxışlarda Elmir Zeynalovun 90-cı illərin əvvəllərində şəhid olan əmisinin qisasını aldığını, xidmət etdiyi dövrdə düşmənin onlarca canlı qüvvəsini və texnikasını məhv ediyinə diqqət çəkilib.

Ailənin tək ovlan övladı 22 yaşlı Elmir Zeynalov bu ilin fevralında Goranboy rayonu ərazisində düşmənin təxribat diversiya cəhdinin qarşısını alan zaman şəhid olub. Vətənpərvərlik mövzusunda səslənən musiqilərlə davam edən tədbir şəhidin məzarının ziyarəti ilə sona çatıb.


Şəhidin medalı ailəsinə təqdim edildi - Fotolar
Şəhidin medalı ailəsinə təqdim edildi - Fotolar
Şəhidin medalı ailəsinə təqdim edildi - Fotolar
Şəhidin medalı ailəsinə təqdim edildi - Fotolar













Xəbəri paylaş

6228 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___