Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nəqliyyat Nazirliyinin vəzifəli şəxsləri dindirildi - Məhkəmədə
Tarix: 06-05-2016 | Saat: 12:48
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Nəqliyyat Nazirliyinin vəzifəli şəxsləri dindirildi - Məhkəmədə
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda Avstriya yığmasının atletlərini avtobusla vurmaqda təqsirləndirilən avtobus sürücüsü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, Xidmətin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov və "Təhlükəsiz Şəhər Xidməti"nin operatoru Elçin Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Daşımaların Təşkili və Tənzimlənməzi şöbəsinin rəisi Malik Əliyev ifadə verib. O bildirib ki, Avropa Oyunları ilə əlaqədar Nəqliyyat Nazirliyi tərəfindən verilən tapşırığa əsasən avtobus sürücülərinin toplanması və siyahısının hazırlanması ilə məşğul olub: "O siyahı hazırlanıb bizə göndərilirdi, biz də bir nüsxəsini nazirliyə, digərini BEGOK-a göndərirdik. Seçilən sürücülərdən növbəti illərdə keçiriləcək beynəlxalq tədbirlərdə də istifadə etmək nəzərdə tutulurdu. Bizim seçilən və seçilməyən adamların siyahısını müqayisə etmək və ya hər hansısa müdaxilə etmək səlahiyyətimiz yox idi".

Prosesdə şahid qismində Yunus Abdullayev, Elşad Dəmirçiyev, Arif Isgəndərov, Ramin Məmmədov, Kamran Quliyev və Arif Məmmədov sərbəst ifadə verərərk ibtidai istintaqa verdikləri ifadəni təsdiqləyiblər.
Qeyd edək ki, 2015-ci il iyun ayının 11-də, I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub. Hadisədən sonra avtobusun sürücüsü V.Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi H.Salamov və "Təhlükəsiz şəhər” kamerasının operatoru E.Həsənov adlı şəxs tutulub.

NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi F.Əmiraslanov isə işlə bağlı istintaqa cəlb olunsa da, barəsində həbs qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb. V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H.Salmanov və E.Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F.Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb.


Xəbəri paylaş

6108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___