Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Baş məşqçi biabırçı mәğlubiyyәtdәn danışdı
Tarix: 05-05-2016 | Saat: 23:02
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Baş məşqçi biabırçı mәğlubiyyәtdәn danışdı
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Təbriz Həsənov Bakıdakı Avropa çempionatında Portuqaliya yığması ilə görüşdən sonra mətbuat konfransı keçirib.
"Xəbəraz.az "In sportnet.az-a istinadən məlumatına görə, Həsənov əvvəlcə oyun barədə danışıb:

- Əslində mən də gözləmirdim. Ən çox ehtiyat etdiyim erkən qol idi. O da oldu. Belə rəqiblə oyundan sonra gərginlik öz sözünü dedi. Ən zəif oyunumuzu sərgilədik. Rəqib bizi hərtərəfli üstələdi. Hesab da oyuna görə oldu.

- Qarşıdakı oyunlara komandanı hazırlamaq çətin olmayacaq?

- Qarşıdakı 2 oyuna komandanı psixoloji cəhətdən hazırlamaq çətin olacaq. Mənim haqda nəsə deyə bilərsiniz. Amma uşaqların üzərinə getməyək. Qrupdan çıxmaq üçün şansımız var. Bunu qarşıdakı görüşlərdə qələbə qazanmaqla gerçəkləşdirmək olar.

- Hazırlığın yüksək səviyyədə olmadığı fikri ilə razılaşmırsınız? Bu nəticəyə görə üzr istəmək fikriniz var?

- Təbii ki, üzr istəsəm də, istəməsəm də, mən də azərbaycanlıyam. Mən də istəməzdim belə nəticə olsun. Qarşıdakı 2 oyundan sonra üzrxahlıq barədə danışaram. Aprelin 18-dən hazırlaşırıq. Təbii ki, üstümüzdə məsuliyyət var. Amma futbolçular əsas hazırlığı bizim komandada keçmirlər.

- Pilağa Mehdiyevin start heyətində başlamamasına səbəb nə idi?

- Mən son məşqlərdə özlərini göstərənləri əsas heyətə buraxmışdım. Pilağa isə özünü yaxşı tərəfdən göstərməmişdi. Həm də götürdüyümüz testlər də onun yaxşı hazırlıq səviyyəsində olmadığını göstərdi.

- “İnter”dən bombardir Raul Süleymanzadəni milliyə götürməməyinizin səbəbi nədir?

- İndiki heyətdəkilərin heç biri U-17 liqasında oynamır. Hamısı əvəzedici heyətdə çıxış edənlərdir. U-17 liqasındakıların oyunçuları heç biri burada oynaya bilməz. Hazırda ən güclü futbolçular yığmadadır. İnanmırsınızsa, özünüz gedin, dediyiniz futbolçuları yerindəcə izləyin.

- Seçmə mərhələdə iştirak etməməyiniz bu nəticədə rol oynaya bilərmi?

- Təbii ki, mənfi təsiri var. Bu komanda 15 yaşından bir yerdədir. Futbolçular seçmə mərhələnin gərginliyini yaşamayıblar. Portuqaliya həqiqətən güclüdür.

- 6 legionerlə 0:5. Daha neçə legionerə ehtiyacınız var?

- Onların heç biri legioner deyil. Bu gün meydanda oyunu ilə nə isə etmək istəyən futbolçular var idisə, onlar xarici çempionatda oynayanlar idilər.


Xəbəri paylaş

5928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___