Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Qarabağ”dan daha bir rekord
Tarix: 05-05-2016 | Saat: 17:03
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

“Qarabağ”dan daha bir rekord
Premyer Liqada ardıcıl 9 qələbə ilə tarixinin rekordunu təkrarlayan Ağdamın "Qarabağ" klubu kubokda da eyni nailiyyətə imza atıb.
"Xəbəraz.az " PFL-in saytına istinadən məlumat verir ki, Qurban Qurbanovun yetirmələri özünün Azərbaycan Kuboku tarixindəki ən uzun qələbə seriyasını təkrarlamağa nail olub.

İlk kubok yarışını buraxıb, 1993-cü ildə turnirdə debüt edən "ağ-göylər" 23 illik tarixdə ən yaxşı halda 6 qələbəlik seriyaya imza atmışdı. Bu seriya 1995-ci ilə təsadüf etmişdi. 1994/95 mövsümünü qələbə ilə başa vuran ağdamlılar 1995/96 mövsümünə 5 qələbə ilə başlamışdı. 21 ildən sonra həmin rekordu təkrarlayan "Qarabağ" cari mövsüm kubokda keçirdiyi 5 oyunun hamısında qələbə qazanıb.

Əyalət klubu seriyasına 2014/15 mövsümünün final matçından start verib. Həmin qarşılaşmada "Neftçi"ni 3:1 hesabı ilə məğlub edən "Qarabağ" cari kubok turnirinə "Şəmkir"lə 1/8 final oyunu ilə başlayıb - 2:0. 1/4 finalda "Sumqayıt"ı əvvəl 2:0, ardınca 4:1 yenən ağdamlılar yarımfinalda "İnter"i 2 dəfə məğlub edib - 4:0, 1:0.

"Ağ-göylər"in qalib gəlmədiyi son kubok oyunu ötən mövsümün yarımfinal mərhələsinə təsadüf edib. "Simurq"la cavab oyununda qapılara qol vurulmayıb.

Qeyd edək ki, ölkə kubokunda ən uzun qələbə seriyası "Kəpəz"ə məxsusdur. Gəncəlilər 1993-95-ci illərdə ardıcıl 13 kubok qarşılaşmasında qalib gəlib.


Xəbəri paylaş

5618 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___