"Ay kişi, mən 40 ilin çəkəniyəm..." - 5 kq narkotiklə tutulan şəxs (Video)
Tarix: 05-05-2016 | Saat: 13:31
Bölmə:Karusel / Hadisə / M2 / Xəbəraz TV | çapa göndər
Bakı sakini polis tərəfindən saxlanılıb. Onun evindən 5 kiloqramdan artıq qurudulmuş marixuana götürülüb.
Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, 60 yaşlı Vahid Bəhramov saxlanılıb. Onun yaşadığı Bülbülə qəsəbəsi, 2-ci bülbülə küçəsi, ev 24-də külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və çətənə kolları aşkarlanıb.
Saxlanılaraq idarəyə gətirilən Vahid Bəhramov dindirilərkən narkotiki öz istifadəsi üçün əkib-becərdiyini bildirib: "Əkmişəm ki, özüm çəkim. Bir ovuc toxum var idi, səpdim yerə, bu çıxdı. Su da verdim, bir az böyüdü. Ay kişi, 40 ildir mən bunun çəkəniyəm. 4-5 aydır rak xəstəsiyəm. Ağrıya dözə bilmirdim, onu çəkəndə canım rahat olurdu, gecələr rahat yatırdım".
Lakin Vahid Bəhramovun evində narkotik vasitələri ölçmək üçün istifadə edilən tərəzinin aşkarlanması onun həmin narkotiki tək öz istifadəsi üçün əkməsi ilə bağlı fikrinin yalan olduğunu sübuta yetirir.
Artıq Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb. Araşdırmalar aparılır. (Region TV)
Xəbəri paylaş
6308 dəfə oxunub.
Digər xəbərlər

1-12-2019, 07:17
Bu hansı xalq artistinin qızıdır? - FOTOLAR
12-01-2023, 10:26
Rayondan Bakıya gələnlər bu halda cərimələnəcəklər - RƏSMİ
20-10-2015, 01:44
McDonald’s “depressiyadadır”
9-10-2015, 22:24
Gözəllik kraliçası uşaqları porno biznesinə cəlb edib
11-06-2016, 14:13
Bakıda avtomobil azyaşlını öldürdü
26-08-2016, 01:31
Mafiya lideri olan 6 qadın - VİDEO
14-05-2016, 18:27
Bakıya gətirilən təhlükəli cəmdəklər tutuldu
29-10-2017, 12:14
Akif Çovdarova elan olunacaq hökmün vaxtı açıqlanıb