Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Oğlunun ağlı olaydı, Qarabağa döyüşməyə getməyəydi" - Binəqədi RİH-dən şəhid atasına şok cavab
Tarix: 05-05-2016 | Saat: 13:13
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Oğlunun ağlı olaydı, Qarabağa döyüşməyə getməyəydi" - Binəqədi RİH-dən şəhid atasına şok cavab
“Oğlunun ağlı olaydı, Qarabağa döyüşməyə getməyəydi”.

Avropa.info xəbər verir ki, bu sözləri Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı şəhid atası Səfərov Məmmədəli Yusif oğluna deyib.

M. Səfərov artıq uzun müddətdir ki, evsizdir. O bir müddət Bakı şəhəri, Binəqədi rayonu 7 m/r-da yerləşən Bolluq bazarındakı kafelərdən birində işləyib və elə orada da qalıb.

Daha sonra adıçəkilən bazarın sökülməsi ilə Məmmədəli Səfərovun da getməyə bir yeri qalmayıb. O, 2015-ci ilin əvvəllərində şəhid atası olması səbəbilə evlə təmin olunması üçün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət edib. Prezident Aparatı məsələni həll etmək üçün Binəqədi RİH-nə göndərib.

İcra hakimiyyəti də hazırda M. Səfərovu evlə təmin etmək üçün imkanlarının olmadığını deyərək işi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərib. M. Səfərov bir neçə dəfə nazirliyə gedərək nazir Səlim Müslümovun qəbuluna düşmək istədiyini söyləsə də onun bu istəyi elə istək olaraq da qalıb. Daha sonra nazirlik də işi yenidən Binəqədi RİH-nə göndərib.

Beləcə, şəhid atası iki dövlət qurumu arasında get-gəldə qalıb. Binəqədi RİH Məmmədəli Səfərovun şəhid ailəsi və ikinci qrup əlil olmasını nəzərə alaraq 13 mart 2015-ci il tarixində onun mənzil növbəsinə götürülməsi üçün sərəncam imzalayıb.

Sonuncu dəfə İcra Hakimiyyətinə getdikdə isə M. Səfərovu orada hüquq şöbəsinin əməkdaşları qarşılayıb və onun gözləməli olduğunu deyiblər. Məmmədəli Səfərov onlara şəhid atası olduğunu desə də onlardan biri, “Oğlunun ağlı olaydı, Qarabağa döyüşməyə getməyəydi”, deyərək ona heç nə ilə kömək edə bilməyəcəyini söyləyib və əgər istəyirsə, onu qocalar evinə yerləşdirə biləcəklərini deyib.

Qeyd edək ki, Məmmədəli Səfərovun oğlu Mehman Səfərov 1992-ci ildə Ağdərə rayonunun Umudlu kəndində şəhid olub.


Xəbəri paylaş

6578 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___