Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xalq şairi ilə vida mərasimi keçirilir - Foto
Tarix: 05-05-2016 | Saat: 12:52
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Xalq şairi ilə vida mərasimi keçirilir - Foto
Xalq şairi Söhrab Tahirlə vida mərasimi başlayıb.

Musavat.com xəbər verir ki, Təzə Pir Məscidində keçirilən vida mərasimində ədəbiyyat, xadimləri, ziyalılar, mərhumun yaxınları iştirak edir.

Qeyd edək ki, xalq şairi Söhrab Tahir ötən gün, mayın 4-də səhər saatlarında dünyasını dəyişib. Şairin bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda 90 illik yubileyi keçirilmişdi. Görkəmli şair ayağında yaranmış problemlər ilə əlaqədar olaraq öz yubileyində iştirak edə bilməmişdi. Uzun müddət şəkər xəstəliyindən əziyyət çəkən şairin bir neçə gün sonra hər iki ayağı amputasiya olunmuşdu.

Mərhum bu gün II Fəxri Xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, Söhrab Tahir 1926-ci il avqustun 6-da İranın Astara şəhərində sənətkar ailəsində anadan olub. O, "Səadət" və "Şahpur" məktəblərində 9-cu sinfədək təhsil alıb. Sonradan ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti"ndə işləməyə məcbur olmuşdur.

Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak edib.
Söhrab Tahir 1946-cı ildə Bakıya təhsil almağa gəlib. O, 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası almışdır. Daha sonra isə ADU-nun filologiya fakültəsində oxuyub.

Onun bu günədək 1000-dən çox şeiri, 57 poeması, 8 romanı, 10 povesti, 70-dən çox hekayəsi, 800-dən artıq ədəbi-elmi-publisistik məqaləsi çap olunub. Bununla yanaşı, xarici ölkələrdə də kitabları nəşr edilib.

2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb.



Xalq şairi ilə vida mərasimi keçirilir - Foto
Xalq şairi ilə vida mərasimi keçirilir - Foto


Xəbəri paylaş

6008 dəfə oxunub.

Digər xəbərlər
9-01-2019, 11:04 Avtovağzalı su basdı

bütün xəbərlər
____ Instagram ___