Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
SOCAR Fransa şirkəti ilə müqavilələr imzaladı - Foto
Tarix: 04-05-2016 | Saat: 01:25
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər

SOCAR Fransa şirkəti ilə müqavilələr imzaladı - Foto

Mayın 3-də Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) yenidənqurma və modernləşdirilməsi layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində zavod ilə Fransanın “Air Liquide” şirkəti arasında lisenziya, mühəndislik və zəmanət müqavilələri imzalanıb.

"Xəbəraz.az " SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov, şirkətin strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, “Air Liquide” şirkətinin qlobal mühəndislik və tikinti məsələləri üzrə vitse-prezidenti Domeniko de Eliya, şirkətin rəhbər nümayəndələri Jörq Ot və Benjamin Buqeat, eləcə də Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin (NQENKK), “SOCAR KBR” şirkətinin nümayəndələri iştirak ediblər. Müqaviləni Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayılov və “Air Liquide” şirkətinin qlobal mühəndislik və tikinti məsələləri üzrə vitse-prezidenti Domeniko de Eliya imzalayıblar.

Mərasimdə Heydər Əliyev adına NEZ-in yenidən qurulması layihəsindən ətraflı söz açılıb, imzalanan sənədin əhəmiyyəti vurğulanıb. Müqaviləyə əsasən, layihə çərçivəsində tələb olunan yüksək saflıqlı hidrogenin (həcmə görə minimum 99,9 faiz) təchizatının təmin edilməsi məqsədilə “Air Liquide” şirkəti zavodun ərazisində yeni hidrogen istehsalı qurğusunun inşasına cəlb ediləcək. Sənədin imzalanması ilə hidrogen istehsalı üzrə ixtisaslaşmış “Air Liquide” şirkəti layihə üzrə icra qrafikinə uyğun olaraq, texnoloji layihələndirmə paketinin (PDP) hazırlanması işlərinə başlayacaq.

Baş ofisi Parisdə yerləşən “Air Liquide” şirkəti sənaye qazlarının istehsalı və tədarükü, sənaye qazlarının istehsalı obyektlərinin mühəndisliyi, təchizatı, tikintisi üzrə ixtisaslaşan və müxtəlif xidmətlər üzrə dünyanın aparıcı qurumlarındandır.


Xəbəri paylaş

6398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___