Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Çempionlar Liqasında ilk finalçı məlum oldu - Yenilənib
Tarix: 04-05-2016 | Saat: 00:57
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Çempionlar Liqasında ilk finalçı məlum oldu - Yenilənib
Xəbər verdiyimiz kimi, bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk cavab görüşü keçirilir.

"Xəbəraz.az " xəbər verir ki, “Bavariya” “Alyans Arena”da ilk matçda 0:1 hesabı ilə uduzduğu “Atletiko”nu qəbul edir.

Artıq cavab oyunu üçün heyətlər müəyyənləşib:

“Bavariya”: Noyer, Xavi Martinez, Riberi, Levandovski, Duqlas Kosta, Xabi Alonso, Boatenq, Lam (k), Vidal, Alaba, Müller

Ehtiyat oyunçular: Ulrayx, Taşçı, Tiaqo Alkantara, Rafinya, Qötze, Koman, Kimmix

“Atletiko”: Oblak, Felipe Luis, Qodin, Koke, Qrizmann, Torres, Fernandes, Qabi (k), Saul Niqes, Xuanfran, Ximenes

Ehtiyat oyunçular: Moya, Saviç, Korrea, Karrasko, Lukas Hernandes, Partey, Vietto.

***

Oyunun 31-ci dəqiqəsində “Bavariya” oyunda hesab açdı. Xabi Alonso komandasının ilk qolunu vurur.

***

Oyunun 34-cü dəqiqədə “Atletiko”nun qapısına 11 metrlik cərimə zərbəsi təyin edilir. Amma Müller zərbəni dəqiq yerinə yetirə bilmir.

***

Oyunda ilk hissə başa çatır.

***

Oyunun 54-cü dəqiqəsində “Atletiko” hesabı bərabərləşdirir. Qrizmann matçın ikinci qolunu vurur.

***

Oyunun 74-cü dəqiqəsində Levandovski “Bavariya”nın 2-ci qolunu vurur. Hesab 2:1 “Bavariya”nın xeyrinədir.

***

84-cü dəqiqədə “Atletiko”nun futbolçusu Torres rəqib qapısına təyin edilmiş penalti qolunu vura bilmir.

***

Oyun başa çatır, ilk oyunun nəticəsinə uyğun olaraq “Atletiko” finala vəsiqə qazanır.

Açar sözlər: UEFA - yarımfinal - futbol - “Bavariya” - “Atletiko”
Paylaş Tweet Paylaş


Xəbəri paylaş

5878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___