Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əl-Cəzirə Qarabağdan yazdı - Foto
Tarix: 03-05-2016 | Saat: 23:18
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Əl-Cəzirə Qarabağdan yazdı - Foto

Qətərin Əl-Cəzirə telekanalı ermənilərin artilleriya zərbələri nəticəsində azərbaycanlı mülki əhaliyə dəymiş ziyanla bağlı reportaj yayımlayıb.

"Xəbəraz.az " xəbər verir ki, telekanalın cəbhə xəttindən hazırladığı reportaj belə başlayır: “Bu kadrlar erməni işğalçı qüvvələrinin ağır silahlardan istifadə edərək Azərbaycanın işğal olunmuş Ağdam rayonunun Mahrızlı kəndini müntəzəm şəkildə atəşə tutması nəticəsində meydana gələn dağıntının miqyasını tam əks etdirmir. Belə ki, bu, erməni qüvvələrinin genişmiqyaslı bombardmanına məruz qalan yeganə yer deyil. Eyni zamanda, cəbhə bölgəsində və Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşən digər çoxsaylı kəndlər də bənzər hücuma məruz qalıblar. Bu yaşayış məntəqələri erməni silahlı birləşmələri tərəfindən ötən ayın son günlərində yenidən şiddətli atəşə tutulub”.

Reportajda vurğulanır ki, erməni silahlı birləşmələri atəşkəs rejimini cəbhənin müxtəlif istiqamətlərində, həmçinin dövlət sərhədi boyunca hər gün 100 dəfədən çox pozur. Bu zaman minaatanlardan, top və digər ağır silahlardan istifadə edilir. Bu şiddətli atəşlər cəbhə xəttinə yaxın yaşayış məntəqələrində saysız-hesabsız dağıntılara, həmçinin mülki əhali arasında xeyli ölüm və yaralanma hallarına səbəb olur. Yaralılar yaxınlıqda yerləşən tibb məntəqələrinə çatdırılır. Rəsmi məlumatlara görə, erməni silahlı birləşmələri tərəfindən həyata keçirilən son bombardmandan sonra yüzlərlə ev və mülki obyekt dağıdılıb, yaxud yararsız hala düşüb. Yerli infrastruktura, əhalinin təsərrüfatına böyük zərər dəyib.

Reportajın sonunda qeyd edilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin salınıb. BMT Təhlükəsizlik Şurası bu münaqişəyə dair 4 qətnamə qəbul edib. Bu qətnamələr Ermənistan silahlı birləşmələrinin işğal olunmuş Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Lakin Ermənistan indiyədək bu qətnamələrə məhəl qoymur.



Əl-Cəzirə Qarabağdan yazdı - Foto
Əl-Cəzirə Qarabağdan yazdı - Foto


Xəbəri paylaş

5648 dəfə oxunub.

Digər xəbərlər
16-12-2018, 20:44 Sabah hava necə olacaq?

bütün xəbərlər
____ Instagram ___