Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İrəvanın bu addımı təhqirdir - XİN
Tarix: 03-05-2016 | Saat: 18:35
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

İrəvanın bu addımı təhqirdir - XİN

Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin Ermənistan tərəfindən tanınması İrəvanın Minsk Qrupu prosesinə son qoyması mənası daşıyır.

Bunu Trend-ə Ermənistanın Dağlıq Qarabağı tanıyacağı barədə açıqlamalara münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib: "Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin Ermənistan tərəfindən tanınması rəsmi İrəvanın ATƏT-in Minsk Qrupu prosesinə son qoyması mənası daşıyır ki, bu halda Minsk qrupunun danışıqlar aparmaq üçün artıq heç bir mandatı olmayacaq. Bu, Minsk Qrupu prosesi, onun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətə qarşı təhqir və özbaşınalığın ifrat nümunəsidir".

XİN rəsmisi əlavə edib ki, Ermənistanın bu kimi təxribatçı əməllərinə beynəlxalq ictimaiyyət tərəfindən adekvat münasibət bildirilməlidir.


Xəbəri paylaş

6338 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___