Azərbaycanlıları hesabat xatirinə tutdular
Tarix: 03-05-2016 | Saat: 10:38
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Rusiya Daxili İşlər Nazirliyi (DİN) keçmiş polis rəisi və ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 3 azərbaycanlının saxlanılma videosunu yayıb.
"Xəbəraz.az "Axar.aza istinadən xəbər verir ki, DİN onların saxlanması üçün xüsusi əməliyyat keçirib.
Şübhəlilərdən ikisi qaldıqları evdə, biri isə avtobus dayanacağında tutulub. Saxlanan hər üç azərbaycanlıya qarşı rəsmi ittiham irəli sürülməsə də, onlar barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxslər Babayev İslam Arzu oğlu, Zöhrabov Orxan Şirəli oğlu və Fətəliyev Roman Rauf oğludur.
"Rayon prokurorluğu tərəfindən saxlanılan şəxslərin iki ay müddətinə həbs edilməsi barədə vəsatət təmin edildi və onlar tutuldular. İttiham aktı həbs edilən şəxslərə hələlik təqdim edilməyib", - deyə bu barədə Sızran rayon prokuroru Yevgeni İxra bildirib.
Xatırladaq ki, bir müddət əvvəl şübhəlilərin Tacikistan vətəndaşları olduğu deyilirdi. Hətta Dövlət Dumasında bu qətl əsas gətirilərək, Rusiyada kriminal vəziyyəti ağırlaşdıran Orta Asiya vətəndaşlarına qarşı viza tətbiqi məsələsi gündəmə gəlmişdi. Lakin Fərqanə şəhər sakinləri Aleksandr və Yevgeni Nuştayevaların qətli törətdikləri barədə məlumatlar yalan çıxdı.
Sızran rayonunda isə qətlin azərbaycanlılar tərəfindən törədilməsinə inanmırlar. Rayonun keçmiş polis işçisi həbs olunanların qatil olmadığını deyib:
“Saxlanılanlar qatil deyil. Onlar hesabat xatirinə tutulublar. Tikintidə işləməyə gəlmiş insanlar polis rəisini öldürməyə gediblər? Gülməlidir. Bütün şəhər belə hesab edir”.
Xəbəri paylaş
6988 dəfə oxunub.
Digər xəbərlər

5-05-2016, 18:54
Nazirlik gənclər üçün forum keçirir – Səbəb
27-01-2017, 14:56
Nicat Əliyev "Şərurspor"-da!
30-03-2023, 10:17
Bu ölkələrlə quru sərhədlərimiz açılır - Tarix bilindi
22-02-2017, 11:19
Elgiz Əkbər realiti-şouya qatıldı - Onu heç belə görməmisiniz - VİDEO
25-05-2016, 14:20
Ramiz Mehdiyev Kadırovla görüşdü - “Atanıza layiq oğulsunuz”
3-08-2015, 11:49
Cəbhədə güclü atışma
18-09-2023, 11:26
Dünyada bir ilk: Süni intellektli robot baş direktor təyin edildi
4-10-2018, 10:46
Qızına 400 minlik toy edən məmur işdən qovuldu: həbs oluna bilər
23-04-2020, 19:18
Azərbaycanda məmur özünü güllələyərək intihar etdi - FOTO