Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda transseksualı öldürən sevgilisinə - 19 il həbs
Tarix: 02-05-2016 | Saat: 18:16
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Bakıda transseksualı öldürən sevgilisinə - 19 il həbs
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Şahlar Əliyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Xəbəraz.az " lent.az-a istinadn xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Ş.Əliyev 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə keçən il Səbail rayonu, Axundov bağının yaxınlığındakı mənzildə - Səid Rüstəmov, 26 ünvanında baş verib. 1988-ci il təvəllüdlü Dəmirova Ayla Altay qızı evində qətlə yetirilib. Hadisə zamanı daha iki nəfər də xəsarət alıb. Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Aylanın sevgilisi, 1995-ci il təvəllüdlü Əliyev Şahlar Həmid oğlu tutularaq istintaqa təqdim edilib. Ş.Əliyev Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd), 120.2-ci (qəsdən adam öldürmə) və 181.2.3-ci (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, qətlə yetirilən A.Dəmirova hadisədən əvvəl mətbuatın gündəminə avtomobil qəzası törətməsi ilə gəlib. Həmin vaxt məlum olmuşdu ki, o, əvvəllər Dəmirov Hətəmpaşa Altay oğlu olub, lakin sonradan cinsini və şəxsiyyət vəsiqəsində adını dəyişdirib.


Xəbəri paylaş

6698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___