Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Vüqar Hacıyev Romada erməni diplomatı susdurdu
Tarix: 02-05-2016 | Saat: 18:02
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər

Vüqar Hacıyev Romada erməni diplomatı susdurdu
İtaliyanın tanınmış tədqiqat mərkəzi olan Beynəlxalq Münasibətlər İnstitutunda (Instituto Affari Internazionali) Cənubi Qafqaz üzrə tədqiqatçı Svante Kornellin iştirakı ilə “Changing Patterns of Conflict and Geopolitical Alignments in the Caucasus: Implications for Europe” adlı seminar keçirilib.

"Xəbəraz.az " xəbər verir ki, S.Kornell çıxışında regiondakı münaqişələrə toxunaraq Qərbin və Rusiyanın regiondakı siyasətindən bəhs edib.

Çıxışından sonra Qərbin Cənubi Qafqaza, həmçinin münaqişələrə münasibətdə siyasətində dini amilin rol oynayıb-oynamadığı barədə ona ünvanlanmış suala cavab olaraq S.Kornell deyib:

“Din nəyə görə amil olmalıdır?! Cənubi Qafqaz ölkələrindən ən çox dini tolerantlığın mövcud olduğu ölkə Azərbaycandır və əhalisinin əksəriyyətinin müsəlman olduğu Azərbaycanda hər hansı bir dinə mənsub olan şəxsə ayrı-seçkilik aparılmır”.

Məsələyə münasibətdə Azərbaycanın İtaliyadakı səfirliyinin müşaviri Vüqar Hacıyev söz alaraq, Ermənistan-Azərbaycan münaqişəsinin din amili ilə heç bir bağlılığının olmadığını, lakin Ermənistan hökuməti, o cümlədən Ermənistanın İtaliyadakı səfirinin münaqişənin dini xarakter daşıdığına dair təbliğat apardığını bildirib. V.Hacıyev qeyd olunan münaqişənin əsasında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının dayandığını, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon olmaqla ölkəmizin ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyünü vurğulayıb.

Sonra Ermənistan səfirliyinin əməkdaşı cavab olaraq bildirib ki, Ermənistan heç zaman münaqişənin dini xarakter daşıdığını bəyan etməyib.

Bundan sonra Azərbaycan diplomatı yenidən söz alıb:

“Erməni tərəfinin münaqişənin dini xarakter daşıdığı barədə təbliğat aparmasını sübut etmək çətin deyildir, belə ki, maraqlananlar Ermənistanın İtaliyadakı səfirinin mətbuata son açıqlamaları və müsahibələri ilə tanış ola bilərlər”.


Xəbəri paylaş

6008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___