Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda erməni meyiti yoxdur
Tarix: 02-05-2016 | Saat: 17:44
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Azərbaycanda erməni meyiti yoxdur
Azərbaycan tərəfdə altı erməni əsgərin meyitinin olması barədə bizdə heç bir məlumat yoxdur.

Bunu APA-ya açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından da bildirilib ki, hazırda Azərbaycanda Ermənistan hərbçilərinin meyitlərinin saxlanması barədə məlumatlar həqiqəti əks etdirmir.

"Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına daim hörmətlə yanaşır və atəşkəsin pozulması nəticəsində həlak olmuş insanların meyitlərinin qısa müddət ərzində repatriasiya edilməsinin tərəfdarıdır", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, aprelin əvvəllərində baş vermiş döyüş toqquşmalarında öldürülmüş altı erməninin meyitinin Azərbaycanda olduğu barədə məlumat yayılıb.


Xəbəri paylaş

6358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___