Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazarbayev Qazaxıstanda etiraz dalğasına münasibət bildirdi
Tarix: 02-05-2016 | Saat: 13:21
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Nazarbayev Qazaxıstanda etiraz dalğasına münasibət bildirdi
Qazaxıstan prezidenti Nursultan Nazarbaev ölkəsindəki son etirazları Ukrayna münaqişəsilə müqayisə edib

Qazaxıstanda hökumətin dövlətə məxsus kənd təsərrüfatı təyinatlı torpaqları özəlləşdirmək qərarı etirazlara səbəb olub.

Nazarbayev mayın 1-də xəbərdarlıq edib ki, milli birliyin pozulması təhlükəlidir, Ukraynadakı siyasi, iqtisadi və sosial qarışıqlığı misal gətirib.

Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçıların münaqişəsi davam edir. 2014-cü ilin martında Moskva Ukraynanın Krım vilayətini anneksiya edib.

“Keçmiş Sovet İttifaqında ikinci böyük ölkə olan Ukrayna iqtisadiyyatı hazırda Qazaxıstan iqtisadiyyatının yarısına bərabərdir. Çünki birlik yoxdur, məqsəd yoxdur, tapşırıqlar yerinə yetirilmir”, - Nazarbayev milli birlik günündəki çıxışında deyib.

Bu arada bəzi şəhərlərdə etirazlar davam edib. Əhali iyulun 1-dən dövlət torpaqlarının hərracı çıxarılması planına etiraz edirlər ("Azadlıq" radiosu).


Xəbəri paylaş

6358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___