Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Son erməni vəhşiliyinə niyə reaksiya yoxdur? - XİN
Tarix: 02-05-2016 | Saat: 12:27
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Son erməni vəhşiliyinə niyə reaksiya yoxdur? - XİN


Təəssüf ki, Ermənistanın bu əməllərinə beynəlxalq ictimaiyyət hələ ki ünvanlı bir qiymət verməyib.

Bu barədə Axar.az-a təmas xəttinə yaxın yaşayış məntəqələrimizin atəşə tutulması haqda mövcud beynəlxalq qurumların mövqeyi və Azərbaycan tərəfinin bu istiqamətdəki fəaliyyəti ilə bağlı danışarkən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

“Xarici İşlər Nazirliyi olaraq hazırda fəaliyyətimiz təkcə ATƏT-lə məhdudlaşmır, xüsusən də BMT, BMT-nin Təhlükəsizlik Şurası, Baş Assambleyası, ATƏT üzv dövlətlərinə və digər bütün tərəf müqabillərinə, eləcə də, digər bütün təşkilatlara xüsusilə də aprelin 27-dən 28-ə keçən gecə Ermənistanın mülki Azərbaycan əhalisinə qarşı törətdiyi vəhşiliklər barədə məlumatlar toplanaraq adı çəkilən qurumlara göndərilir. Təəssüf ki, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın bu əməllərinə hələ ki ünvanlı bir qiymət verilməyib. Hazırda çalışırıq ki, beynəlxalq cəmiyyət tərəfindən Ermənistanın bu addımlarına adekvat bir münasibət bildirilsin”, - H.Hacıyev bildirib.

Qeyd edək ki, son bir neçə gündür Ermənistanın kəndlərimizi və mülki əhalini atəşə tutması nəticəsində cəbhə bölgəsində - Ağdam və Tərtərdə 130-dan artıq ev, məktəb, bağça, 1 yarımstansiya dağılıb, fermer təsərrüfatlarına ciddi ziyan dəyib, mal-qara tələf edilib.


Xəbəri paylaş

6288 dəfə oxunub.

Digər xəbərlər
5-10-2015, 15:18 Qoqolun başsız meyiti

bütün xəbərlər
____ Instagram ___