Ermənilər Moskvada dilənməyə başladı - Foto
Tarix: 02-05-2016 | Saat: 12:08
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Mayın 7-də Moskvadakı “Tapan” muzeyində erməni arxiyepiskopu Ezras Nersisyanın təşkilatçılığı ilə “Artsaxım mənim” adlı sərgi-aksiya təşkil olunacaq.
Bu barədə APA-ya Ümumrusiya Azərbaycan Konqresinin Moskva şöbəsinin icraçı direktoru Şamil Tağıyev məlumat verib.
Rəssam Anatoli Avetyanın əsərlərindən ibarət sərgidə 1992-ci il mayın 8-də ermənilər tərəfindən işğal olunmuş Şuşa ilə bağlı rəsmlər nümayiş olunacaq, qonaqlara Qarabağın tarixən ermənilərə aid olması ilə bağlı bilgilər veriləcək.
Sərgi ilə bağlı Moskvada ermənilər tərəfindən reklam kampanyası aparılır. Bildirilir ki, tədbirdə yığılan vəsait Dağlıq Qarabağdakı erməni silahlılarına göndəriləcək.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Xəbəri paylaş
6418 dəfə oxunub.
Digər xəbərlər

19-12-2018, 10:44
37 yaşlı qadın 42 övlad dünyaya gətirib - Fotolar
24-03-2015, 22:42
Emil Süleymanovdan GÖZƏL ŞER
2-05-2021, 15:45
Şübhələrdən xilas ol - O, həqiqətənmi xəyanət edir?
3-11-2016, 01:18
Bakıda sürücü piyadanı vurub qaçdı
14-02-2017, 14:04
Nazirlik reydlərə başladı - O ŞƏXSLƏR CƏZALANDIRILACAQ
26-12-2015, 14:20
Azərbaycanda toya hazırlaşan 53 nəfərdə QİÇS tapıldı
27-09-2019, 14:36
İlham Əliyev və xanımı Fransa səfirliyində - (YENİLƏNİB-FOTOLAR)
2-05-2017, 09:42
Şəbnəm intim fotosunu yayan ərini BİABIR ETDİ: "Əsl Azərbaycan kişisi..." - YENİLƏNİB
6-11-2023, 16:04
Nazirdən qaz limiti ilə bağlı AÇIQLAMA