SOCAR-ın təqaüd proqramı ilə bağlı imtahan keçirilir
Tarix: 01-05-2016 | Saat: 12:04
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016-cı il mayın 1-də Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə SOCAR-ın təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsi olan test imtahanını keçirir.
TQDK-dan Report-a verilən məlumata görə, imtahan Bakı Dövlət Universitetinin I, II və Yeni tədris binalarında (Z.Xəlilov küç., 23) aparılır və saat 11:00-da başlanır.
SOCAR bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir.
Qeydiyyat SOCAR tərəfindən aparılıb və 1570 nəfər qeydiyyatdan keçib.
İmtahanın idarə olunması üçün 9 imtahan rəhbəri, 114 nəzarətçi-müəllim ayrılıb.
Test imtahanında tələbələrə məntiqi təfəkkürü yoxlayan 40 test tapşırığı təqdim olunur.
Onlardan 30-u qapalı, 10-u isə açıq tipli test tapşırıqlarıdır. Bu tapşırıqlara cavab üçün namizədlərə 1 saat vaxt verilir. Qapalı test tapşırıqlarında 5 cavab variantı verilir və onlardan yalnız birini (doğrusunu) seçmək tələb olunur.
Açıq test tapşırıqlarında isə namizəd müəyyən etdiyi cavabı “Cavab kartı”da müvafiq damalara qeyd edir və kodlaşdırır. Hər suala 1 bal verilir. Səhv cavabların nəticəsi düzgün cavabların nəticəsinə təsir etmir.
İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər. Müsahibəni SOCAR-ın məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək
Xəbəri paylaş
7258 dəfə oxunub.
Digər xəbərlər

17-05-2017, 12:26
Bağlanan bankın milyonlarla manat borcu qalıb
3-03-2016, 15:39
ABŞ-dan şok Əsad və Putin qərarı
10-05-2016, 15:59
Putin Suriya qətliamının statistikasını açıqladı
9-01-2022, 12:22
Əri Lider TV-nin keçmiş əməkdaşı Nahidə Həsənovanı balta ilə doğradı - Günəşlidə ŞOK
8-03-2016, 14:51
Sumqayıtda yol qəzası - ölən var
1-05-2016, 12:29
Sabah da yağış yağacaq
18-11-2015, 16:58
Bakı-Sumqayıt yolunda eyni gündə ikinci qəza
29-04-2017, 14:29
FİFA prezidenti ilə bağlı araşdırma aparılır
23-06-2018, 10:11
Düşmən cəbhədə təxribat törətdi
9-12-2022, 10:27
Ana və qızı göbələkdən zəhərlənib, onlardan biri ölüb