Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İcra Hakimiyyətindən komandirin evinin sökülməsinə - Reaksiya
Tarix: 01-05-2016 | Saat: 01:22
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

İcra Hakimiyyətindən komandirin evinin sökülməsinə - Reaksiya
Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyi Qarabağda döyüşən tank komandirinin evinin sökülməsi ilə bağlı mətbuatda yer alan məlumatlara aydınlıq gətirib.

Rayon İcra Hakimiyyətindənya verilən"Xəbəraz.az " açıqlamada qeyd olunur ki, məsələ mətbuatda dərc olunandan sonra dəqiq şəkildə araşdırılıb və həqiqət ortaya çıxarılıb.

Məlum olub ki, Ramanada sökülən yüzlərlə qanunsuz tikintinin qarşısı alınan zaman sökülən evlərdən biri də hərbçi, tank komandiri Cavid Çobanova deyil, qardaşı Coşqun Çobanova məxsusdur. Digər tərəfdən onların Bakıda heç bir hüquqi ünvanı yoxdur və Cəlilabadda qeydiyyatdadırlar. Eləcə də, kənd təsərrüfatı təyinatlı torpaqlarda ev tikmək üçün heç bir hüquqi əsasları yoxdur. Buna görə də, Sabunçu rayonu ərazisində qanunsuz tikililərə qarşı aparılan mübarizə həmin şəxslərə də tətbiq olunub.

Sabunçu İcra Hakimiyyətindən daha sonra bildirilib:

“Qarabağda döyüşən, Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşan əsgərdən tutmuş komandirə kimi hər bir şəxsə dövlət tərəfindən yüksək qayğı göstərilir. Biz də İcra Hakimiyyəti olaraq hərbçilərə xidmət etməkdən şərəf duyuruq. Lakin kənd təsərrüfatlı təyinatlı torpaqlarda istər mənzil, istərsə də digər tikintilər Azərbaycan qanunvericiliyi tərəfindən tənzimlənir. Bu adamların tikmək istədikləri nə ərazi, nə də ki, hüquqi ünvanları Torpaq Məcəlləsinə, Mənzil Məcəlləsinə, eləcə də digər qanunvericilik aktlarına uyğundur. Biz söküntünü qanunsuz tikintiyə qarşı aparırıq, ayrı-ayrı şəxslərə qarşı deyil. Belə məsələlərin xüsusiləşdirilməsi doğru deyil”.


Xəbəri paylaş

7378 dəfə oxunub.

Digər xəbərlər
19-03-2018, 18:22 Bayramda hava necə olacaq?

bütün xəbərlər
____ Instagram ___