Ermənilərin zərbələri nəticəsində dəyən ziyan - Foto
Tarix: 30-04-2016 | Saat: 18:55
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Erməni silahlı birləşmələrinin aprelin 27-dən 28-nə keçən gecə başlayan artilleriya zərbələri nəticəsində Ağdam rayonunun ziyan dəyən kəndlərindən biri də Əfətli kəndidir.
Düşmən mərmilərinin partlaması nəticəsində kəndə ümumilikdə 60-a yaxın mərmi düşüb. “Qara inək” fermer təsərrüfatına və 22 evə ziyan dəyib, o cümlədən 2 ev tam, 1 ev qismən dağılıb. Ermənilərin atəşi nəticəsində mülki əhalidən 1 nəfər yaralanıb.
Ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində evi dağılan kənd sakini Zəfər İbrahimov AzərTac-ın müxbiri ilə söhbətində deyib: “Həmin gecə bizim evə iki qrad mərmisi düşüb. Birinci mərmi evin bir divarından girib, digər divarını dağıdaraq keçib. İkinci mərmi də eyni istiqamətdən girərək evin döşəməsində partlayıb. Evimiz dağılıb, içəridə olan əşyalar yararsız hala düşüb”.
Kəndin digər sakini Əliağa Əliyevin evinə düşən mərmi isə xoşbəxtlikdən partlamayıb. Ə.Əliyev həmin gecəni belə xatırlayır: “Gecə ermənilər kəndi atəşə tutmağa başlayanda yuxudan oyandıq. Təxminən gecə saat 3-də ermənilərin atdığı top mərmisi evin üstünü deşib, mətbəxdən keçərək divarı dağıdıb çölə çıxdı. Bizi Allah qorudu ki, mərmi partlamadı”.
Xəbəri paylaş
6448 dəfə oxunub.
Digər xəbərlər

21-08-2022, 10:58
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
23-10-2017, 09:45
Yol polisindən KURYOZ: cərimə yazdı, sonra yol nişanı qoydu - VİDEO
10-05-2021, 20:14
Prezident İlham Əliyev: Zəngəzur dəhlizi açılmalıdır və açılacaq
13-05-2015, 02:27
Meyxanaçı Vüqarın oğlunun toyundan- Fotolar
22-11-2015, 20:30
Barak Obama: “Tezliklə İŞİD-in axırına çıxacağıq...”
27-07-2018, 19:12
Bakıda ağac “qətliamı”: kəsib üstünü torpaqladılar - FOTO - YENİLƏNİB
21-03-2017, 20:22
Qadın zəhər içdi - Ağdamda
15-07-2017, 10:34
Uşağın cinsi kimdən asılıdır: ANADAN, yoxsa ATADAN?
20-02-2018, 14:26
Borcların silinməsi vətəndaşların pensiyalarına təsir etməyəcək