Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyə turizmində rekord düşüş
Tarix: 30-04-2016 | Saat: 17:25
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Türkiyə turizmində rekord düşüş
Mart ayında Türkiyəyə gələn turistlərin sayında keçən ilin eyni dövrü ilə müqayisədə 12,8%-lik azalma var.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Türkiyə Mədəniyyət və Turizm nazirliyinin hesabatında deyilir. Qeyd olunur ki, bu il mart ayında ölkəyə 1,6 milyon turist gəlib. Keçən il bu rəqəm 1,9 milyon nəfər olub. Bu son 10 ildə müşahidə edilən ən kəskin düşüşdür.

Ən çox azalma Rusiyadan gələn turistlərin sayında müşahidə edilib - 59%. Rus turistlərin sayı 58,3 min nəfərdən 23,9 min nəfərə enib. Almaniyadan gələn turist sayı isə 17,2% azalıb. Ümumilikdə AB miqyasında azalma 13,8%-dir. Gürcüstandan (36,4%) və Ukraynadan (26,7%) gələn turistlərin sayı isə artıb.

Ümumilikdə bu ilin ilk rüblüyündə Türkiyəyə gələn xarici turistlərin sayı keçən il ilə müqayisədə 4,5 milyon nəfərdən 4,1 milyon nəfərədək enib. Turizmdən gələn gəlirlər isə 16,5% azalıb.

Qeyd edək ki, turizm gəlirləri Türkiyə ÜDM-nin 4,5%-ni təşkil edir və büdcə kəsrinin azaldılmasında önəmli rol oynayır.

Ekspertlər Türkiyə turizminin tənəzzüllünü ard-arda terror aktları və Türkiyə-Rusiya münasibətlərinin pozulması ilə bağlayırlar.


Xəbəri paylaş

6468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___