Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sənin də qardaşının dırnağı çıxarılsaydı…”
Tarix: 30-04-2016 | Saat: 14:23
Bölmə:Karusel / M2 / Müsahibə | çapa göndər

Sənin də qardaşının dırnağı çıxarılsaydı…”
Elşən Musayev yazır...

Bir dəfə bu qadına (xanım deməyə dilim gəlmir) yekə bir video-süjet həsr eləmişdim Tv-də 2 il öncə. Erməni xalqına etmiş olduğu müraciətdən, erməniyə məzlum deməyindən, ermənidən üzr istəməyindən, erməniyə əl uzatmağından dolayı.

O zaman Günel “facebook” səhifəmə Almaniyadan məktub yazdı. Təxminən belə bir mətndə: “Hahaha, lazımsa sizə daha geniş kompromatlar verə bilərəm. Sadəcə birdən yenə veriliş - zad hazırlamalı olsanız lütfən mənə öncədən xəbər edin, maraqlı faktlar göndərim. Amma bütün hallarda reklam üçün təşəkkürlər”
Guya məzələnmişdi…

***

Yenə gündəmdə bax həmin Günel Mövluddu. Bu dəfə Edita Badasyan adlı başqa bir dostunu rus dilində şeirlə vəsf edib. Hələ üstəlik onunla olan şəkillərini də sosial şəbəkələrdə bəh-bəhlə paylaşıb. Öz də o adamın şəklini paylaşıb ki, açıq patriotdur və son dönəm Dağlıq Qarabağ istiqamətində gedən döyüşlər zamanı feysbuk səhifəsində erməni əsgərini açıq bir formada qələbəyə səsləyib, təbliğ edib…


Günelin qardaşları işdən çıxarılanda ətəyini uzaq Almaniyada başına çəkmişdi. Amma Qarabağ döyüşlərində dırnağı çıxarılan həmkəndlilərinin, qan qardaşlarının ahı, iztirabı, sarsıntısı niyə bir Edita dəyərində olmadı, bax, onu anlamaqda çətinlik çəkirəm!
Günelin 3 yaşında körpəsi yaxın Gürcüstanda fərah bir ömür yaşayır. Amma Xocalıda diri-diri yandırılan eyni yaşda körpələrin içində onun da övladı olsa yenə eyni zehniyyəti daşıyardımı, bax, onu bilmirəm!

Günel Mövlud erməni rəfiqəsini vəsf etdi, sosial şəbəkə “qaynadı” - FOTO

Günel öz şəxsiyyət vəsiqəsinə, milli mənsubiyyət adına, doğum yerinə və tarixinə nəzər salanda hansı təəsürata köklənir, nə düşünür, nə fikirləşir, and olsun Allaha ki, həmin mənzərəni təxmin belə eləməkdə acizəm!

***

Get soyadını dəyiş, adam! Mövludyan elə. Erməni kimliyinə sahib çıx. Nə özünü incit, nə bizi, nə Cəbrayıl adını, nə də şəhidlərin ruhunu. Bilək ki, bizdən deyilsən. Əslində zatən deyilsən. Sadəcə rəsmiləşdirək. Adımız təmizlənsin… pia.az
Sənin də qardaşının dırnağı çıxarılsaydı…”


Xəbəri paylaş

7148 dəfə oxunub.

Digər xəbərlər
1-11-2016, 16:26 Rafət Bakıya gəlir

bütün xəbərlər
____ Instagram ___