Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Dördgünlük müharibə olacaqların yanında heç nədir”
Tarix: 30-04-2016 | Saat: 13:23
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

“Dördgünlük müharibə olacaqların yanında heç nədir”

Aprel ayının əvvəllərində Qarabağda baş verən qısa müharibəni dayandırmaq üçün, yenidən atəşkəsi bərpa etmək üçün Rusiya və ATƏT dəridən-qabıqdan çıxdı, ancaq cəbhədə bir neçə gündür güclü atışmalar davam edir, Azərbaycanın cəbhəboyu yaşayış məntəqələri atəşə tutulur, beynəlxalq aləm isə susur.

Azərbaycan ordusunun aprel ayının əvvəlində apardığı uğurlu əməliyyatları dayandıran beynəlxaq aləm, indi ermənilərin dayanmadan yaşayış məntəqələrimizi, dinc əhaləni hədəf almasına biganə yanaşır. Bu isə anlaşılmazlıqlar yaradır.

Bununla bağlı politoloq, millət vəkili Elman Nəsirov Ölkə.Az-a danışıb:

"Hesab edirəm ki, indiki vəziyyətdə beynəlxalq birliyin susqun davranışı və atəşkəsin Ermənistan tərəfindən kobud şəkildə pozulmasının, dinc əhalini, yaşayış məntəqələrini hədəf seçməsinə kənar müşahidəçi kimi izləməsinə hər kəs təəccüb edir. Çünki aprel ayının əvvələrində baş vermiş Ermənistanın məlum hərbi təxribatından sonra beynəlxalq birlik, ATƏT-in Minsk qrupu çox fəal reaksiya verdi. Atəşkəsin dərhal saxlanması ilə bağlı təşəbbüslərlə çıxış etdilər. Xüsusilə rəsmi Moskva fəallığı ilə daha çox seçildi.

İndiki vəziyyətə biz analoji vəziyyətin şahidi olmuruq. Buna görə də, ortayaq çoxsaylı suallar çıxır. Mənə elə gəlir ki, indiki vəziyyətdə Ermənistan rəhbərliyinin ağılsız hərəkətlərini beynəlxalq birlik tam dərk edə bilmir. İndiyə qədər tərəflərdən heç biri, nə Azərbaycan, nə də Ermənistan tərəfləri heç bir zaman birmənalı şəkildə danışıqlardan imtina ilə bağlı mövqe bildirməmişdi. Ermənistan da hər zaman danışıqları istədiyini, danışıqların getdiyini bildirmişdi. İndiki halda isə Ermənistan danışıqlardan imtina edir. Bu Ermənistan diplomatiyasını da çıxılmaz vəziyyətə salır. Belə çıxır ki, Azərbaycan ərazisinin işğala məruz qalmasına baxmayaraq dinc həll yolunda maraqlıdır, işğalçı tərəf isə danışıqlardan imtina edir. Bunun özü bu gün çox anlaşılmazdır. Digər anlaşılmaz məqam onunla bağlıdır ki, Ermənistan prezidenti bir şeyi deyir, xarici işlər nazirliyi isə başqa şeyi. Ermənistan prezidenti deyir, danışıqlara lüzum yoxdur, xarici işlər naziri isə sülh danışıqlarının bərpasından danışır. Bunlar hamısı anlaşılmazdır. İndiki halda beynəlxalq birlik, xüsusilə ATƏT-in Minsk Qrupu hazırkı vəziyyətdə çox müammalı şəkildə hadisələri izləyir, ancaq irəliyə doğru bir addım atmır. Heç bir konkret mövqe bildirmir. Sanki onlar nəyisə bilirlər, hadisələrin hansı ssenari üzrə gedəcəyindən xəbərləri var, ona görə də gözləyirlər. Bunlar hamısı anlaşılmaz məqamlardır.

Bir həqiqət qətiyyən anlaşılmaz deyil. Əgər hadisələr belə gedərsə, əgər doğrudan da atəşkəsi Ermənistan bu şəkildə pozarsa, dinc əhalini belə hədəfə seçərsə, hesab edirəm aprel ayının əvvəlində baş vermiş hadisələr indi baş verəcəklərin yanında əsl toy-bayram olacaq ermənilər üçün. Kim deyirsə ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişədir, müharibə başlaya bilməz, hesab edirəm ki, bu kökündən yanlış yanaşmadır. Hadisələr ən qəliz, ən təhlükəli şəkildə inkişaf edə bilər, Cənubi Qafqazda elə bir müharibə başlaya bilər ki, digər regionlar məsafə faktorunu nəzərə aldığı üçün rahat qala bilməzlər. Çünki alov digər regionları da caynağına alacaq. Bunu qətiyyən unutmaq olmaz".


Xəbəri paylaş

6968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___