Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Koroğlu“da avtobusların dayanacağı dəyişdirildi
Tarix: 30-04-2016 | Saat: 12:40
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

“Koroğlu“da avtobusların dayanacağı dəyişdirildi
"Koroğlu" metrostansiyasının şəhər istiqamətində olan çıxışının qarşısında avtobusların dayanması qadağan edilib

Musavat.com-un məlumatına görə, bu gündən etibarən avtobuslar yeni dayanacaqda- Avropa Oyunları ərəfəsində salınan, "Atletlər kəndi"nin qarşısındakı geniş dayanacaqdan istifadə edəcək.

Bununla da Heydər Əliyev prospektindəki tıxacın qarşısını almaq mümkün olacaq.

Sabunçu, Məştağa, Buzovna, Zabrat, Kürdəxanı, Mərdəkan, Şüvəlan, Binə, Pirşağı, Nardaran, Pirallahı, Suraxanı, Şağan istiqamətlərindən gələn avtobuslar Olimpiya stadionunun qarşısındakı yeni salınan yoldan hərəkət edərək "Koroğlu" metrostansiyasına çatacaq. Beləliklə də "Qara Qarayev" metrostansiyasına gedən avtobusların Heydər Əliyev prospektinə çıxışı mümkün olmayacaq.

Həmçinin yeni dayanacaqda hər bir marşrut xətti üzrə hərəkət edən avtobusların saxlama yeri rəqəmlərlə işarələnib və kənar yerlərdə saxlaması qadağan edilib.

"BakuBus"un 1 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusları da bu dayanacaqdan istifadə edir. Burada"BakuBus" avtobusları üçün xüsusi yer ayrılıb və turniketlər quraşdırılıb. Ödəniş terminallarından gedişhaqqı yükləyən sərnişinlər daha sonra turniketdən keçərək "BakuBus" avyobuslarında istifadə edə bilirlər.


Xəbəri paylaş

7858 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___