Abituriyentlərə şad xəbər: Qəbulda üç fənn olacaq
Tarix: 29-04-2016 | Saat: 21:29
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər
Gələcəkdə ali məktəblərə qəbul imtahanlarında cəmi üç fənn olacaq.
Report xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "ASAN radio"nun “Qəbuldasan” verilişində deyib.
O bildirib ki, bakalavr imtahanında Ana dili və Riyaziyyat fənlərindən olan nəticələr eyni fənnin buraxılış imtahanından olan nəticələrlə əvəz edilə bilər: "Amma hələlik buraxılış imtahanının səviyyəsi, xüsusilə I və II qruplarda olan Riyaziyyat fənnindən olan suallarla buraxılış imtahanında eyni fənlərdən hazırlanan suallar eyni səviyyədə deyil. Bu səbəbdən də hələ bu prosesin reallaşması mümkün deyil. Biz bununla bağlı iş görürük, bu proses üç il davam edəcək. Biz çalışacağıq ki, gələcəkdə ixtisas qrupları üzrə institut imtahanları üç fəndən ibarət olsun".
Məleykə Abbaszadə bildirib ki, imtahanlardan sonra sualları sosial şəbəkələrdə yayanlar qanunu pozurlar: "Biz bu yaxınlarda bununla bağlı müəyən sənədlər hazırlamışıq və mən həmin sənədləri imzalamışam. Biz hansı saytdan bu məlumatların yayıldığını müəyyənləşdirmişik və onları məhkəməyə verəcəyik".
Sədr qeyd edib ki, hər bir fəndən olan sualları hazırlamaq üçün kifayət qədər maliyyə vəsaiti sərf olunur: "Eyni səviyyədə olan sualları hər il hazırlamaq çox çətindir. Bu səbəbdən də suallar bir neçə il sonra təkrar oluna bilər. Bütün bu səbəblərdən imtahanlardan sonra suallaın verilməsi doğru deyil".
Xəbəri paylaş
6658 dəfə oxunub.
Digər xəbərlər

6-10-2016, 09:27
Uşaq bağçasında yanğın - Şəmkirdə
27-10-2016, 21:46
Bakıda inanılmaz fırıldaq - qızla kafeyə gedir... - VİDEO
28-03-2015, 21:17
Uşaq nədi, fişəng nədi: 18 yaralı
22-02-2023, 15:00
"Tanış olanda mənim 48, onun 24 yaşı var idi" - Xalq artistinin qızı
14-05-2016, 15:26
Mən o məktəbli qızı tanıyıram
9-07-2015, 19:22
Gimnastika üzrə ikiqat Olimpiya çempion-SOYUNDU
16-12-2015, 21:15
Adnan Oktarın rus “kedicik”lə göbək rəqsi VİDEO
17-07-2017, 11:48
DİM qəbul imtahanından 1 milyondan çox pul qazandı
21-07-2017, 10:56
Azərbaycanlı aparıcı komaya düşdü - FOTO
8-06-2021, 09:05
Bakıda usta təmir etdiyi evdə azyaşlı uşağı zorladı