Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazirlik rusiyalı polkovniki mükafatlandırdı - Foto
Tarix: 29-04-2016 | Saat: 21:15
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər

Nazirlik rusiyalı polkovniki mükafatlandırdı - Foto

Moskvada səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev ehtiyatda olan polkovnik-leytenant Sergey Uvarova “Hərbi xidmətlərə görə” medalı təqdim edib. Mükafat haqqında şəhadətnamə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 1994-cü ildə imzalanıb.

"Xəbəraz.az " xəbər verir ki, Sergey Vladimiroviç Uvarov Azərbaycanın bu yüksək mükafatına Azərbaycan Respublikası Silahlı Qüvvələrinin möhkəmləndirilməsi işində göstərdiyi igidlik, cəsarət və vicdanlı münasibətə görə layiq görülüb.

Medalı təqdim edərkən Azərbaycan müdafiə nazirinin müavini Kərim Vəliyev qeyd edib ki, SSRİ-nin süqutundan sonra sovet ordusunun Azərbaycanda xidmət keçən bir çox zabitləri öz yoldaşlarını darda qoymayıb. K.Vəliyev deyib: “Müstəqilliyinin ilk illərində Azərbaycan Ermənistan tərəfdən təcavüzə məruz qalıb. Bu dövrdə sovet ordusunun Azərbaycanda xidmət edən bir çox zabitləri Azərbaycan xalqı ilə birgə Vətənimizin bütövlüyünü, suverenliyini və müstəqilliyini müdafiə edirdilər. Onlardan biri Sergey Uvarov idi. Mənim üçün döyüş yoldaşı kimi Sergey Vladimiroviçə bu yüksək dövlət mükafatını təqdim etmək böyük şərəfdir”.

K.Vəliyev S.Uvarova Azərbaycan müdafiə nazirinin adlı saatını təqdim edib.

Yüksək mükafata görə Azərbaycan dövlətinə minnətdarlığını bildirən Sergey Uvarov qeyd edib ki, Azərbaycanın müstəqillik əldə etməsindən sonra Azərbaycan Ordusunda xidmət etməyə başlayıb. O deyib: “Birgə xidmət etdiyim bir çox dostlar Azərbaycanı tərk etmədi və biz birlikdə silahlı qüvvələri yaradırdıq. Çox xoşbəxtəm ki, indi Azərbaycanla Rusiya arasında yaxşı, səmimi münasibətlər var. Xalqlarımıza sülh və inkişaf diləyirəm”.

S.Uvarov vurğulayıb ki, Dağlıq Qarabağda baş verən hadisələri diqqətlə izləyir. Ehtiyatda olan zabit fikrinin davamında deyib: “Məncə, Qarabağ tarixən həmişə Azərbaycana məxsus olub və həmişə də Azərbaycan Respublikasının tərkibində qalmalıdır. Azərbaycan Ordusu indi daha güclüdür. Son hadisələr sübut etdi ki, o döyüş qabiliyyətlidir, qarşısına qoyulan vəzifələrin öhdəsindən gələ bilər”.Axar.az

Nazirlik rusiyalı polkovniki mükafatlandırdı - Foto
Nazirlik rusiyalı polkovniki mükafatlandırdı - Foto
Nazirlik rusiyalı polkovniki mükafatlandırdı - Foto


Xəbəri paylaş

6268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___