Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sərkisyan əsgər toplamaq üçün bu vasitəyə əl atdı
Tarix: 29-04-2016 | Saat: 14:42
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Sərkisyan əsgər toplamaq üçün bu vasitəyə əl atdı

Ermənistan hərbi xidmətə çağırılma haqqında qanunu dəyişir. Belə ki, bakalavr pilləsini bitirənlər həqiqi hərbi xidmətə möhlət hüququndan dərhal məhrum ediləcəklər.

"Xəbəraz.az " xəbər verir ki, artıq Ermənistan parlamenti bu barədə müzakirələrə başlayıb. Parlamentin böyük çoxluğunu təşkil edən Respublika Partiyası hökumətin istəyi ilə qanuna dəyişiklik etmək istəyir. İqtidar partiyasını digər müxalif qüvvəllərin də bir qismi dəstəkləyir.

Bu gün parlamentdə çıxış edən “İrs” fraksiyasının üzvü Ruben Akobyan 18 yaşında olan hər kəsin orduya aparılmasını tələb edib:

“Son hadisələr göstərir ki, artıq bu qanun layihəsini qəbul etməyin vaxtı çatıb. Cəmi 10% oğlan aspiranturanı bitirəndən sonra elmlə məşğul olur. Onlar əsgərliyə çağırılsalar, elm zərər görməz”.

Qeyd edək ki, bundan öncə Ermənistan Müdafiə naziri Seyran Ohanyan da eyni təkliflə çıxış edib.

Ermənistanda son günlər ölkədən gedənlərin sayı artıb. Ölkədəki ağır sosial, iqtisadi şərait əhalini Ermənistandan uzaqlaşdıran əsas səbəblər sırasındadır. Üstəlik, Ermənistan ermənilərinin hərbi xidmət üçün Qarabağa göndərilməsi əhalinin narazılığını artırır. Orduya əsgər tapa bilməyən Sərkisyan hakimiyyəti isə çarəni qanunu dəyişməkdə görür.


Xəbəri paylaş

6838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___