Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Avtobus qəzalarının baş verməsinin iki səbəbi...
Tarix: 29-04-2016 | Saat: 11:17
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Avtobus qəzalarının baş verməsinin iki səbəbi...
Son günlər paytaxt Bakıda avtobus qəzalarının sayı yenidən artıb

Artıq marşrut avtobusları təkcə sərnişinlər deyil, həm də piyadalar üçün qorxulu nəqliyyat növünə çevrilib. 2016-cı ilin 3 ayı ərzində avtobus sürücüləri tərəfindən 24 yol nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı 9 nəfər ölüb, 22 nəfər yaralanıb.

Getdikcə artan avtobus qəzaları niyə dayanmır?

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ötən illə müqayisədə avtobus qəzalarının sayının azaldığını dedi: “Statistika göstərir ki, 2016-cı ilin 3 ayı ərzində avtobus sürücüləri tərəfindən törədilən qəzalar, o qəzalarda ölən və yaralananların sayında kifayət qədər azalma var. Bu ilin 3 ayı ərzində avtobus sürücüləri tərəfindən ölüm və xəsarətlə nəticələnən 24 yol nəqliyyat hadisəsi törədilib. Bu qəzalar nəticəsində 9 nəfər ölüb 22 nəfər yaralanıb. Amma ötən ilin müvafiq dövrü ilə, yəni 2015-ci ilin 3 ayı ilə müqayisədə hadisələrin sayı 5 fakt azalıb, qəzada ölənlərin sayı 3 fakt, yaralananların sayını isə 12 fakt azalıb. Yəni biz deyə bilmərik ki, avtobus qəzaları artır. Bu tendensiya azalmağa doğru gedir”.

K.Əliyev avtobus qəzalarının qarşısını almaq üçün Dövlət Yol Polisi tərəfindən müvafiq tədbirlərin görüldüyünü dedi: “Sərnişindaşımadakı bəzi neqativ hallar artıq aradan qaldırılmaq üzrədir. Buna misal gətirmək olar ki, artıq eyni istiqamətə olan marşrutlar üzrə bir marşrut buraxılıb ki, bu da sürücülər arasındakı yersiz yarışmaların qarşısının alınması məqsədilə atılan addımlardandır. Hansı ki, bu qəzaların da çoxu məhz bu sərnişin uğrunda, ”kim tez dayanacağa çatacaq, kim daha çox sərnişin götürəcək" mübarizəsinə görə baş verir. Bu halların qarşısı əlbəttə ki, alınır və avtobuslarla bağlı yol nəqliyyat hadisələrinin sayı azalır. Eləcə də rayonlararası avtobuslarla bağlı da müəyyən qərarlar qəbul olundu. Uzaq məsafələrə işləyən avtobusların gecə vaxtı xəttə çıxmaları yasaqlanıb. Qeyd etdiyim kimi, atılan bu addımlar yol nəqliyyat hadisələrinin rəsmi statistikasında özünü göstərir. Biz görürük ki, getdikcə bu hadisələrin sayı azalır".

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov isə avtobus qəzalarının baş verməsinin iki səbəbi olduğunu dedi: “Avtobus qəzalarının başvermə səbəblərini şərti olaraq iki qrupa bölə bilərik. Birinci üzdə olan, hamının gözü qarşısındakı səbəblərdir. Yəni sürücülərin bir-biri ilə yarışa çıxması, nəzarətin olmamasıdır. Daşıma şirkətləri sürücünü buraxırlar ki, get pul qazan. Amma onlara nəzarət etmirlər. Bir də polisin nəzarəti arzulanan səviyyədə deyil. Polislər bu cür qəzalar, səs-küy olanda reydlər keçirirlər, vəssalam. Onların kameraları qarşısında, post-patrul avtomobillərinin qabağında açıq-aşkar yol hərəkəti qaydaları pozulur, heç kim heç nə demir. Bir də dərində olan səbəblər var. Dərində olan səbəblər odur ki, ölkəmizdə ictimai nəqliyyatın təşkili düzgün aparılmayıb, yanaşmalar doğru deyil. Həmişə demişik ki, sürücünün gündəlik 20 qəpikdən asılılığının kökünü kəsmək lazımdır. Sənəddə hər şey düz gedir, amma faktiki, məsələlər tamamilə başqa cürdür. Yəni sənədlərə gedib baxsanız görəcəksiniz ki, sürücünün əmək müqaviməsi var və əmək haqqı təyin olunub. Amma faktiki olaraq, sürücüyə heç kim maaş vermir. Avtobus şirkətləri deyir ki, get pul qazan gətir, bizim planımızı ver. Sürücünün də nə iş rejimi, nə də istirahət rejimi var. Sürücü maraqlı olur ki, necə olur-olsun planı versin və bir az çox pul qazansın”.

Nəqliyyat eksperti hər şeyin kökünün təşkil olunmada olduğunu dedi: “Bu məsələləri yenidən təşkil etmək lazımdır. Düzdür, bu istiqamətdə artıq addım atılıb. Bakı Nəqliyyat Agentliyi yaradılıb. Bu qurum hələ ki iki aydır fəaliyyət göstərir. Bu iki ay müddətində bir o qədər köklü məsələləri həll etmək asan deyil. Nəzərə alaq ki, bu özbaşınalıqlara yol verən avtobus şirkətləri maneələr də yarada bilir. Bu məsələni prinsipial, kökündən həll etmək lazımdır. Bakı şəhərində ictimai nəqliyyat vahid prinsip əsasında olmalı, nağdsız ödəniş sisteminə keçilməli, sürücülərə əmək haqqı təyin olunmalı, qanunvericilikdə nəzərdə tutulan iş və istirahət rejiminə nəzarət olunmalı, polis tərəfindən avtobus sürücülərinin yol hərəkət qaydalarına riayət etməsinə güzəştsiz nəzarət olmalıdır. Baş verən hadisələrə qiymət verəndə təkcə sürücünün əməlinə yox, həm də bütövlükdə o daşıma müqaviləsinin şərtlərinə qiymət verilməlidir. Əgər hansısa daşıma şirkəti təhlükəsizliyə riayət edə bilmirsə, onu araşdırmaq lazımdır. Elə etmək lazımdır ki, sürücülər də intizamda maraqlı olsunlar. Bu gün nə sürücülər, nə yolların rəhbərləri, nə də cəmiyyət nizam-intizamda maraqlı deyil”. (musavat.com)


Xəbəri paylaş

6898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___