Davranışları ilə ictimai təhlükə yaradan narkomanlara qırmızı işıq
Tarix: 28-04-2016 | Saat: 23:08
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Azərbaycan Prezidenti İlham Əliyev "Əhalinin sağlamlığının qorunması haqqında" qanununa edilən yeni dəyişiklikləri təsdiqləyib.
"Xəbəraz.az "" Trend-ə istinadən xəbər verir ki, yeni dəyişikliklər adıçəkilən qanunun "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" qanuna uyğunlaşdırmaq məqsədi ilə edilib.
"Əhalinin sağlamlığının qorunması haqqında" qanunun indiyədək mövcud olan variantına uyğun olaraq, cinayət törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələlərlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə dücar olan şəxslər barəsində məcburi tibbi tədbirlər tətbiq edilirdi.
Qanuna edilən yeni dəyişikliklərdə isə inzibati həbs nəzərdə tutan inzibatı xəta törətməmiş narkomanlar da barəsində məcburi tədbirlər tətbiqi edilən şəxslərin sırasına əlavə edilib. Belə ki, yeni layihəyə əsasən, cinayət və ya inzibati həbs nəzərdə tutan inzibatı xəta törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələlərlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə dücar olan şəxslər barəsində Mülki Prosessual Məcəlləyə uyğun olaraq, məcburi tibbi tədbirlər tətbiq ediləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev "Əhaliyə tibbi yardımın göstərilməsi, virusologiya müəssisələri üzrə elmi tədqiqatların aparılması və virus preparatlarının istehsalı ilə məşğul olan işçilərin öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyə yoluxma,habelə bununla əlaqədar baş vermiş əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu və ölüm hadisələrinin dövlət icbari sığortası qaydaları haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Qanununun ləğv edilməsi haqqında" qanunu da təsdiqləyib.
Paylaş Tweet Paylaş
Xəbəri paylaş
5568 dəfə oxunub.
Digər xəbərlər

19-04-2019, 11:57
“Facebook”dan SOS: “Instagram”da milyonlarla açıq şifrə var
17-09-2015, 16:00
Göygöldə iki qardaş güllələndi
8-06-2016, 14:41
Diversiya əməliyyatına başlayaq - Milli Qəhrəman
24-05-2017, 09:38
PROQNOZ: Bakıda mənzillərin qiyməti bahalaşa bilər
14-09-2019, 10:10
"Evimə heç qohumum olan kişilər də gələ bilməz"- Məleykə Əsədova
27-03-2017, 11:07
Saqqız çeynəmək stressi azaldır? - FAYDASI
28-07-2018, 11:45
Bakıda parkomatların qiyməti dəyişəcək?
24-07-2015, 19:27
Azərbaycanda yeni universitet yaradıldı