Tərtər başçısı: "Sığınacaqlar hazır vəziyyətdədir"
Tarix: 28-04-2016 | Saat: 20:04
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Rayondakı 2 və 5 mərtəbəli binaların zirzəmiləri sığınacaqlar üçün hazır vəziyyətə gətirilib.
Musavat.com-un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşları Tərtər Rayon İcra Hakimiyyətində olublar. İcra başçısı Müstəqim Məmmədov bildirib ki, bir çox saytlar yalan məlumat yayaraq, guya sakinlərin yaşayış yerlərini tərk etdiklərini yazırlar:
Müstəqim Məmmədov bəyan edib ki, belə bir şey yoxdur: “Tərtər sakinləri yalnız irəli, düşmənin üzərinə getməyi düşünürlər. 27 aprel tarixində gecə saat 23:00-dan başlayaraq, 28 aprel gecə saat 4 radələrinə qədər təmas xəttində yerləşən Tərtər şəhəri və onun 11 yaşayış məntəqəsi, düşmənin artilleriya zərbəsinə məruz qalıb. Düşmən iriçaplı silahlardan, “Qrad” qurğusundan və toplardan yaşayış məntəqələrini vurmaqla məşğuldur. Bu isə göstərir ki, onların məqsədi əhali arasında çaşqınlıq yaratmaqdır. Bütün bunlara baxmayaraq, əhalimiz yerindədir. Kəndlərdə kommunal xətlər dağıdılsa da, tezliklə tərəfimizdən bərpa olundu. Hazırda əhalinin həm elektrik, həm də qaz xətlərində heç bir problem yoxdur”.
İcra başçısı əlavə edib ki, rayonda olan bütün 2 və 5 mərtəbəli ictimai yaşayış binalarının zirzəmiləri təmizlənib və sığınacaq halına gətirilib: “Lazım olduqda oradan da istifadə edə bilərik. Ümumilikdə Tərtər rayonunda içməli su və kanalizasiya sisteminin layihəsi davam etdirilir. Kəndlərimizdə əhali kənd təsərrüfatı işləri ilə məşğuldur. Bir daha qeyd edirəm ki, bütün sakinlərimiz, icra nümayəndələri öz yerlərindədirlər”.
Xəbəri paylaş
5698 dəfə oxunub.
Digər xəbərlər

28-11-2017, 07:50
Heydər Əliyev adına Liseydə gənc direktorun hegemonluğu...
5-10-2020, 09:53
Bu gün Türkiyə hökuməti cəbhədəki vəziyyəti müzakirə edəcək
18-09-2019, 13:53
24 yaşlı qadın ona pul verməyən sevgilisinin başına oyun açdı - Həbsə düşdü (FOTO)
12-11-2015, 00:22
Flora Kərimova mirasını köməkçisinə vəsiyət etdi
29-09-2018, 12:30
Bu mağazada HƏR ŞEY PULSUZDUR
19-09-2018, 17:57
Bakıda 27 yaşlı oğlan qardaşını bıçaqlayıb
25-09-2016, 01:32
"Beşiktaş" son anda xilas oldu