Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıdan Almaniyaya qaçan erməni əsilli dələduzun əməlləri
Tarix: 28-04-2016 | Saat: 18:14
Bölmə:Karusel / İqtisadiyyat / Dünya / M2 | çapa göndər

Bakıdan Almaniyaya qaçan erməni əsilli dələduzun əməlləri

Azərbaycanda şərikli bizneslə məşğul olan iki iş adamı arasında mübahisə yaranıb. T"Xəbəraz.az " xəbər verir ki, iş adamı Sidqi Abbasovla Elxan Axundovun mübahisəsi pul üstündədir.

Elxan Axundov dələduzluq əməllərindən istifadə edərək Sidqi Abbasovun etibarını qazanıb və ondan xeyli miqdarda pul alıb. O, Sidqi Abbasovdan bir müddət əvvəl bacısı oğlunu işə düzəltmək adı ilə 30 min ABŞ dolları istəyib. Bildirib ki, həmin pulu faizlə də götürə bilər.

Amma Sidqinin etibarını qazanmış Elxan pulu faizlə götürəsi olmayıb. Sidqi Elxana deyib ki, faizlə yox, qohumu Xəqani Abbasovdan 30 min dollar alıb ona verə bilər. Beləliklə, həmin məbləğdə pulu Sidqi Xəqanidən alaraq Elxana verib.

Elxan eyni zamanda öz təşəbbüsü ilə anası Marus Axundovaya məxsus olan, Nəsimi rayonundakı 1 otaqlı mənzili ipoteka müqaviləsi əsasında girov qoyub, notarius vasitəsi ilə həmin ev 35 min manat məbləğində qiymətləndirilib.

Xəqani Abbasov 30 min dolları Elxan Axundova çatdırsa da, sonradan pulunu geri ala bilməyib.

Bir müddət sonra Elxan Axundov Azərbaycanı tərk edərək Almaniyada yaşamağa başlayıb. Orada olduğu müddətdə Sidqi Abbasovla biznes qurublar. Sidqi həmin şirkətin qurulması üçün bütün maliyyə vasitələrini özü ayırıb. Bundan sonra problemlər yaranıb.

Elxan Axundov özünün dələduzluq əməllərinə don geyindirmək məqsədilə Sıdqı Abbasovun haqqında bəzi saytlarda xoşagəlməz, təhqir dolu məlumatlar yaymağa başlayıb. O, başqalarını böhtan xarakterli fikirlərinə inandırmaq məqsədilə Nəsimi rayon Məhkəməsinin hakim Etibar Hümbətovun və Konstitusiya Məhkəməsinin işlər müdiri Akif Hümbətovun adlarını hallandırır. Guya həmin şəxslərin himayəsi ilə Sıdqı Abbasov ona təzyiqlər göstərir.

Teleqraf.com-un əməkdaşı problemləri araşdırmaq üçün işadamı Sidqi Abbasovla əlavə saxlayıb.

Sıdqı Abbasov deyib ki, Elxan Axundova inandığı üçün onunla birlikdə biznes qurub: “Elxan Axundov mənə təklif etdi ki, Almaniyada birgə biznes quraq, avtomobil satışı ilə məşğul olaq. Birlikdə şirkət açdıq, həmin şirkətin əsasnamə kapitalı 26 min avro oldu. Mən alman dilini bilmədiyim üçün bütün sənədləşmə işini Elxan Axundov apardı.

Sənədləşmə zamanı şirkətdə hər birimizə 50 faiz pay ayrılıb. Kapitalının hamısı mən qoysam da, sonradan öyrəndim ki, şirkətdə qazanc payımız bərabərdir. Bundan başqa, şirkətdə Elxanın da qərar qəbul etmək hüququ var.

26 min avronu Almaniyada notarius vasitəsi ilə Elxana vermişəm ki, birgə biznes quraq. Əvəzində Elxan orada olan biznesi şəxsi maraqları üçün dağıdaraq mənə ziyan vurub”.

Sidqi Abbasovun sözlərinə görə, 26 min avronun qaytarılması ilə bağlı Elxan Axundova qarşı Almaniya məhkəməsində mülki iddia qaldırıb. Almaniya məhkəməsinə Elxan Axundova 26 min avro verməsi ilə bağlı tutarlı faktlar təqdim edib:

“Buna görə də məhkəmə mənim xeyrimə qərar çıxardı. Bir daha deyirəm ki, Almaniyada biznesə yatırılan pulların hamısı mənə məxsusdur. Həmin pulların Elxan Axundovun iddia etdiyi kimi Konstitusiya Məhkəməsinin İşlər müdiri olan Akif Hümbətova aid olması cəfəngiyatdır. Ümumiyyətlə, mənim Akif Hümbətovla heç bir əlaqəm yoxdur”.

İş adamı xatırladıb ki, Elxan Axundov hələ Bakıda olduğu vaxt ona 30 min manat pul lazım olduğunu, həmin pulu faizlə də olsa ona tapılmasını istəyib:

“Mən də ona dedim ki, faizə pul götürmə, qohumum Xəqanidən pul var, ondan pul alaraq sənə verə bilərəm. Mən Elxana yaxşılıq etmək istədim. Buna görə Xəqanidən 30 min manat alaraq ona verdim. Bununla bağlı evi ipoteka etdik ki, gələcəkdə pulun verilməməsi ilə bağlı problemlər yaranmasın.

2013-cü il iyunun 4-də bağlanan müqavilədə tərəf olaraq Elxan Axundovun anası Marus Yevda qızı Axundova, pul verən isə Xəqanı Abbasov oldu. Elxan girov olaraq anasını adına olan Əlövsət Quliyev küçəsi, ev 133-də yerləşən 53 saylı mənzili girov qoydu. İpoteka müqaviləsinə əsasən, həmin ev 35 min manat məbləğində qiymətləndirildi. Sonradan Elxan Axundovla əlaqəmiz kəsildi”.

Sidqi Abbasovun sözlərinə görə, Elxan Axundov götürdüyü pulu qaytarmadığı üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edib. İddia ərizəsinə hakim Etibar Hümbətov baxıb:

“Biz iddiaçı olaraq məhkəməyə sənədlər təqdim etdik və bildirdik ki, rəsmi sənədlərə əsasən Elxan Axundova 30 min manat borca pul vermişik. Onun anasının razılığı ilə ev ipoteka müqaviləsi əsasında girov qoyulub. Məhkəmədə bizim xeyrimizə qətnamə çıxardı.

Elxan Axundov isə iddia edir ki, həmin evin qiyməti 300 min manatdır. Amma “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC həmin evi 51 min manat dəyərində qiymətləndirilib. Ev bir neçə dəfə satılması üçün hərraca çıxarılsa da, baha olduğuna görə heç kim almayıb.

Mənim Elxan Axundovun evini ələ keçirmək fikrim yoxdur. Məqsədim ondan pulumu geri almaqdır.

Hüquqi dövlətdə yaşadığım üçün əlimdə olan sənədlərlə birlikdə məhkəməyə müraciət etmişəm. Məhkəmədə mənim xeyrimə qətnamə çıxarıb. Elxan Axundov saytlarda iddia edir ki, guya məmur qohumlarım vasitəsi ilə məhkəməyə təzyiq göstərmişəm, məhkəmə xeyrimə qətnamə qəbul edib. Amma yadından çıxır ki, Almaniya məhkəməsində də onu udmuşam.

Onda Elxan Axundovun məntiqindən belə çıxır ki, Almaniyada məmur qohumlarım var, onların vasitəsi ilə Almaniyada da məhkəmə xeyrimə qərar çıxardıb. Elxan Axundovun hansısa məmur vasitəsi ilə məsələnin mənim xeyrimə həll olunması ilə bağlı fikirləri əsassızdır. Bir daha deyirəm, Etibar Hümbətov və Akif Hümbətovla qohumluq əlaqələrim yoxdur”.

Sidqi Abbasovun sözlərinə görə, Almaniyadan bu günlərdə vətənə dönüb. O, qeyd edib ki, Almaniyada Elxan Axundovu tapa bilməyib:

“Elxan Axundov hüquqi ünvanını və mobil telefonunu dəyişib. Buna görə də onu tapa bilmədim. Bu səbəbdən Almaniyada olan şirkəti bağlaya bilməmişəm. İşləməyən şirkətə görə hər ay mənə 570 avro vergi gəlir. Şirkətdə hüquqi səlahiyyətlərin çoxu onun ixtiyarına verilib. Buna səbəb mənim alman dilini biıməməyim olub. Bundan istifadə edərək şirkətin 50 faizinə də yiyələnib. İndi tapa bilmirəm ki, şirkəti bağlayım.

Əslində Elxan Axundov heç vaxt mənsiz, təkbaşına şirkət yarada bilməzdi. Elxan Axundovun Bakıda və Gəncə şəhərlərində 5 mənzili var. Bu adam Almaniyada oturum icazəsi alıb və Almaniya hökumətinin yardımları hesabına Azərbaycan əleyhinə xoşagəlməz ifadələr işlədir.

Deyir ki, Azərbaycanda insan haqları pozulur, Azərbaycan hüquqi dövlət deyil. Əgər onun dedikləri doğrudursa, bəs bu qədər mülkə necə yiyələnib? Elxan Axundovun anası Marus əslən ermənidir. Elxan Axundov erməni qohumları vasitəsi ilə Almaniyada sığınacaq alıb və indi də böhtan xarakterli məlumatlar yayır”.

Sidqi Abbasov bildirib ki, Elxan Axundov aldığı 30 min manat borcu guya qaytardığını iddia edir. Bununla bağlı saxta sənədlər təqdim edir: “Amma həmin sənədlərə nəzər yetirəndə məlum olur ki, imza Elxan Axundov tərəfindən saxtalaşdırılıb. Mənim imzamla onun təqdim etdiyi sənəddə olan imzanı müqayisə edəndə bu saxtakarlıq aydın bilinir”.Teleqraf.com


Xəbəri paylaş

7318 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___