Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yeni hakim təyinatları olacaq
Tarix: 28-04-2016 | Saat: 13:04
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər

Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin bu gün keçirilən cilasında Şirvan Apellyasiya Məhkəməsinin sədrinin Ali Məhkəmənin hakimi təyin edilməsi, o cümlədən bir sıra hakimlərin yerlərinin dəyişdirilməsi ilə bağlı sənəd müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, iclasda o cümlədən Məhkəmə-Hüquq Şurasının təklifləri nəzərə alınaraq hakimlərin təyinatı ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
Komitəyə daxil olan sənəddə Azərbaycan Ali Məhkəməsinin səlahiyyət müddəti aprelin 25-də başa çatan hakimlərinin Ali Məhkəmənin hakimləri təyin edilməsi təklif edilib. Bunlar İbayev Vəfaddin Ələm oğlu və Quliyev Zakir Müslüm oğludur. Eyni zamanda, Şirvan Apellyasiya Məhkəməsinin sədri Qürbət Ağa oğlu Əsgərovun Ali Məhkəmənin hakimi təyin edilməsi təklif olunur. Ali Məhkəmənin hakimi Rəşadət Əhməd oğlu Ağayevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi də təkliflər sırasındadır.
Bütün təkliflər MM-in plenar iclasına tövsiyə olunub.


Xəbəri paylaş

6038 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___