Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Formula 1-in biletlərinə nə daxildir? - Qiymətlər
Tarix: 28-04-2016 | Saat: 12:19
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Formula 1-in biletlərinə nə daxildir? - Qiymətlər

Bakıda Formula 1 yarışlarına hazırlıq hələ də davam edir. Artıq yarışın başlamasına iki aydan da az vaxt qalıb

İyun ayının 17-si 19-u aralığında keçiriləcək beynəlxalq Qran Prini izləmək istəyənlər üçün biletlərin qiymətləri də məlumdur.Fins.az-ın məlumatına görə, yarış trekinin izlənmə yerindən və xidmətlərdən aslı olaraq qiymətlər 19 dollardan 472 dollara kimi dəyişir. Bəs bu qiymətə nə daxildir?

Hökumət Evinin qarşısı - 472 dollar

Yarış trekinin ən əsas izlənmə yeri Hökumət Evinin qarşısı hesab edilir. Bu hisssədə, yəni A, B,C, D və E sektorlarında Formula 1-i izləmək üçün 472 dollarlıq biletləri almaq lazımdır. Baku Grand Prix şirkətinin mətbuat katibi Nigar Arpadarai fins.az-a bildirib ki, bu hissədə komandaların avtoqarajları və əsas Abşeron tribunası yerləşir. Yarış həvəskarları buradan Pit Yolu, start düzülüşü və FİNİŞ xəttini yaxından izləyə biləcəklər. Tamaşaçılar həmçinin yarışın bitdiyini işarə edən FİNİŞ bayrağının dalğalanmasına və Podium mərasiminə yaxından tamaşa edə biləcəklər.Əsas tribunaya bilet alanlar bütün yarış trekinə pulsuz daxil ola bilərlər.

Məşhurların 3 günlük konserti

Bu sektorun tamaşaçıları 3 gün ərzində dünya musiqisinin ən məşhur ulduzları– Kris Braun, Enrike İqlesias və Farel Vilyamsın 2016-ci il Formula 1 Avropa Qran Prisinin yarış həftəsonu ərzində təşkil olunacaq konsertə də pulsuz iştirak edə biləcəklər.

Gənc pilotların GP 2 yarışı

Bundan əlavə, Formula 1 Avropa Qran Prisinə dəstək məqsədilə keçirilən gənc pilotların GP2 yarışını izləmə imkanı qazanırlar. Bulvar ərazisində yerləşən Formula 1 Şəhərciyində isə bütün əyləncə növlərindən istifadə etmək pulsuzdur.

89 -472 dollarlıq biletlərə bütün xidmətlər daxildir

Yarış həvəskarları İçəri şəhər və Azneft Meydanından yarışı izləmək üçün 294 dollara olan biletləri əldə edə bilərlər. Kukla Teatrının qarşısındakı Muğam , Sahil tribunasından yarışı izləmək, konsert və əyləncələrdən istifadə etmək 245 dollara başa gəlir. Formula 1-i Qız Qalası və Filarmoniya bağından izləmək istəyənlər 189 dollara, Dənizkənarı parkın Muzey Mərkəzi və Xəzər tribunasından yarışı izləmək isə 120 dollara başa gəlir. Yarışı 3 günlük ayaqüstü izləmək üçün biletlər 89 dollara satılır. Nigar Arpadarainin sözlərinə görə, 89-472 dollara satılan 3 günlük bütün biletlərə sadalanan xidmətlər daxildir. Fərq yalnız yarışının izlənmə yeri ilə bağlıdır.

19 dollara Formula 1 və Kris Braun konserti

Formula 1 yarışı ilə bağlı satılan ən ucuz bilet isə 19 dollardır. Bu qiymətə yalnız cümə gününə olan ayaqüstü yerlər daxildir. Yarış həvəskarları trek boyunca gəzərək və ya istədikləri hissədə dayanaraq Formula 1-i izləyə bilərlər. bununla yanaşı bir gün ərzində Bulvarda bütün əyləncə növlərindən pulsuz istifadə edə bilərlər.Və ən əsası Kriz Braunun konsertində də iştirak etmə şanı qazanırlar.

C sektorunda yerlər dolub

Qiymətlərə baxıb yer axtaranlar üçün qeyd edək ki, hazırda hər sektor üzrə bilet satışı davam edir. Biletləri onlayn qaydada da sifariş etmək olar. Hazırda yalnız əsas tribunada mərkəzi C sektoruna aid yerlər dolub. Digər sektorlar üzrə bilet satışı davam edir.


Xəbəri paylaş

6348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___