Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənilər məktəbi bu günə saldı - Foto
Tarix: 28-04-2016 | Saat: 12:16
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Ermənilər məktəbi bu günə saldı - Foto


Aprelin 27-dən 28-nə keçən gecə erməni silahlı qüvvələri tərəfindən Tərtər rayonunun yaşayış məntəqələri ağır artilleriya silahlarından atəşə tutulub.

Musavat.com-un Tərtərə ezam olunmuş reportyorlarının verdiyi xəbərə görə, düşmənin atəşi nəticəsində 58 yaşayış məntəqəsi, 2 orta məktəb, 1 ərzaq dükanına ciddi zərər dəyib.

6 saylı orta məktəbin direktoru Azad Abbasov bildirib ki, məktəbə çox ciddi ziyan dəyib:

"2 sinif, 1 kompüter otağı tamamilə dağılıb. Məktəbin bütün şüşələri qırılıb. Əraziyə düşən iki mərminin biri məktəbin həyətinə, digəri isə arxasındakı yaşayış evinə tuş gəlib. Ümumilikdə təhsil ocağımıza çox ciddi ziyan dəyib".

Tərtər rayon İcra Hakimiyyətindən verilən məlumata görə, dəymiş zərərin məbləği hesablanır. Düşmən digər günlərlə müqayisədə bu gecə sırf yaşayış məntəqələrini hədəfə alıb. Silahlı qüvvələrimiz düşməni bütün istiqamətlər üzrə layiqli cavab atəşi ilə susdurub.

Düşmənin atəşə məruz qoyduğu yaşayış məntəqələri ilə bağlı daha geniş məlumatı yaxın saatlarda təqdim edəcəyik.

Ermənilər məktəbi bu günə saldı - Foto
Ermənilər məktəbi bu günə saldı - Foto
Ermənilər məktəbi bu günə saldı - Foto
Ermənilər məktəbi bu günə saldı - Foto


Xəbəri paylaş

6578 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___