Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hərbi çevriliş oyunu: Sərkisyan hərəkətə keçdi
Tarix: 28-04-2016 | Saat: 09:09
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Hərbi çevriliş oyunu: Sərkisyan hərəkətə keçdi
İrəvanda hərbi çevrilişin hazırlandığını və yaxud çevriliş oyununun oynanılacağını heç bir halda istisna etmək olmaz.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan mətbuatı yayıb. Mətbuat Sərkisyanın üç generalı eyni anda vəzifədən azad etməsini məhz bununla əlaqələndirib:

“Ermənilər Dördgünlük savaşda uduzdular, amma erməni təbliğatı hələ də bunu qəbul etmək istəmir. Adətən məğlubiyyəti böyük qələbə kimi qələmə vermək üçün əsl günahkarları baş verən hadisələrdən iki-üç ay sonra qovurlar. Bunu isə adətən çox mükəmməl şəkildə, heç kimin xəbəri olmayacağı tərzdə edirlər. Məsələ burasındadır ki, Ermənistan kimi hərbiləşdirilmiş cəmiyyətlərdə ordu dövlət siyasətində mühüm rol oynayır. Məğlubiyyətə baxmayaraq, ordu Qarabağda sülhün əleyhdarı kimi çıxış edir. Ultramillətçilik üzərində karyera quran erməni generalları anlayırlar ki, Qarabağdakı sülh buradakı qələbələrin onlara yox, Rusiya və rus silahına məxsus olduğunu üzə çıxaracaq. İkincisi isə tezliklə verilən günahsız qurbanların hesabatı onlardan istəniləcək. Sual olunur, Qarabağdakı uzunmüddətli və qanlı müharibə nəyə lazım idi?

Ermənistanda hərbi çevrilişin hazırlandığı istisna olunmamalıdır. Görünür, hərbi rəhbərlikdəki ayrı-ayrı şəxsləri uzaqlaşdırmaqla Sərkisyan yavaş-yavaş bu çevriliş təhlükəsini azaltmağa çalışır. Çox güman ki, kulisdə erməni hərbçilərinin iştirakı ilə başqa oyun da aparılır. Hazırda Ermənistanda nəinki general, hətta polkovnik də tapmaq mümkün deyil ki, Azərbaycanın işğal olunmuş torpaqlarını sülh yolu ilə qaytarmağa razılaşsın. Ona görə də Ermənistan millətçiləri hökumətin işğal olunmuş torpaqları geri verməsini müşahidə edəndə yeni çevriliş oyununu ortaya atacaqlar. Bu, 1999-cu ildəki kimi olacaq. Məhz həmin ilin 27 oktyabr teraktı Qarabağın işğaldan azad olunmasına maneə yaratdı”.Axar.az


Xəbəri paylaş

6368 dəfə oxunub.

Digər xəbərlər
25-07-2017, 12:46 Sabahın HAVAsı

bütün xəbərlər
____ Instagram ___