Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Mayın 12-də ermənilərə yerini göstərəcəyik"
Tarix: 28-04-2016 | Saat: 02:22
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

"Mayın 12-də ermənilərə yerini göstərəcəyik"

Azərbaycan mayın 12-də ermənilərə öz yerini göstərəcək.
"Xəbəraz.az " "bildirir ki, bunu aznews.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. Onun sözlərinə görə, mayın 12-si atəşkəsin elan olunmasının ildönümüdür: "Mayın 12-ə də az müddət qalıb. Azərbaycan yaxın günlərdə bu məsələdə öz qətiyyətli mövqeyini nümayiş etdirəcək. Çünki ermənilər beynəlxalq hüquq və qaydalara hörmətsizlik nümayiş etdirirlər. Artıq müharibə gedir. Sadəcə, müharibə geniş anlamda başlamayıb. Bu gün hər kəs müharibənin elementlərini görür. Bu ifadəni dilə gətirməkdən çəkinmək lazım deyil. Çünki Azərbaycan bütün mümkün olan variantlardan istifadə elədi. Həm Rusiyanın istəyini dəyərləndirib müvəqqəti də olsa belə, bir qərar qəbul elədi. Amma görünən odur ki, Rusiyanın özü bu gün Ermənistana bir başa havadarlıq edir".

Ü.Cəfərov qeyd edib ki, bu gün Moskvada keçirilən görüşdə də Rusiyanın müdafiə naziri açıq şəkilə Ermənistanı silahlandıracaqlarını bəyan edib: "Çünki son vaxtlar Rusiya ilə Ermənistan arasında böyük gərginlik hiss olunur. Ermənistanda Rusiyanın bayraqları yandırılır və Rusiya qoşunlarının Ermənistan ərazisindən çıxarılmasıyla bağlı fikirlər səsləndirilir. Bundan əlavə ermənilər artıq həyasızlıqla bütün sədləri aşaraq Tərtər və mülki obyektləri gecə saatlarında insanların öz evlərində rahat istirahət etdikləri anlarda atəşə tutublar. Bu isə Azərbaycanı əlavə addımlar atmağa məcbur edir".

Ekspert Müdafiə Nazirliyinin ermənilərin qadağan olunmuş silahlardan istifadə etməsi ilə bağlı məlumatına münasibət bildirib: "Onlar artıq bütün sədləri aşıblar. Ermənilərlə başqa dildə danışmağın heç bir anlamı yoxdur. Çox təssüflər olsun ki, Rusiya da özünün qeyri-səmimiliyini ortaya qoydu. Biz bundan sonra Rusiyanın yalvarışlarına, hədə-qorxu bəyanatlarına əhəmiyyət verməməliyik. Ərazimizin bərpası ilə bağlı qətiyyətli addımlar atmalıyıq".


Xəbəri paylaş

8758 dəfə oxunub.

Digər xəbərlər
30-11-2020, 11:39 Bu rayonlara qar yağdı
11-02-2016, 15:20 Bakı sakini özünü asdı

bütün xəbərlər
____ Instagram ___