Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı-Qazax yolunda qəza: Sərnişin öldü
Tarix: 27-04-2016 | Saat: 20:16
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Bakı-Qazax yolunda qəza: Sərnişin öldü

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) ANS-ə verilən məlumata görə, hadisə yolun 23-cü kilometrliyində, Qaradağ rayonu ərazisində qeydə alınıb. Şirvan şəhər sakini Asəf Əzizov idarə etdiyi “QAZ-24” markalı avtomobillə yolun kənarında dayanan Hacıqabul rayon sakini Rais Nəzərova məxsus “VAZ-21154” markalı avtomobilə çırpılıb. Daha sonra dayana bilməyən avtomobil maşından düşən sərnişin - 1987-ci il təvəllüdlü Mahir Quliyevi də vurub.

Ağır bədən xəsarətləri alan kişi dərhal xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanaya yerləşdirilmiş M.Quliyev orada dünyasını dəyişib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Sonuncu yol qəza hadisəsi ötən gün saat 18 radələrində Sumqayıt şəhərində qeydə alınıb. Şəhər sakini Aynurə Abdullayeva idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən həmyerlisi Yusif Əliyevi vurub. Ağır bədən xəsarətləri alan Y.Əliyev hadisə yerində keçinib, A.Abdullayeva isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.


Xəbəri paylaş

6358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___