Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Natçkebiya: "Azərbaycan ordusunun uğuru, həm də..."
Tarix: 27-04-2016 | Saat: 18:33
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Natçkebiya: "Azərbaycan ordusunun uğuru, həm də..."

Son günlər Cənubi Qafqazda, xüsusən də Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələr, Azərbaycan Ordusunun əldə etdiyi uğurlar dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Bəzi analitiklər, siyasətçilər Azərbaycan Ordusunun sonuncu uğurunu həm də Azərbaycan diplomatiyasının uğuru kimi səciyyələndirirlər.

Bu fikirləri AzərTac-a müsahibəsində Gürcüstanda Terrorizm və Siyasi Araşdırmalar Mərkəzinin direktoru, politoloq Badri Natçkebiya bildirib. O deyib ki, bu gün Cənubi Qafqaz regionunda mövcud olan münaqişələr əslində keçmiş SSRİ-dən bizə miras qalıb. SSRİ dağıldıqdan sonra kiçik dövlətlər müstəqilliyinə qovuşdu. Lakin müstəqilliyə gedən yol heç də asan olmadı. Bir sıra ciddi problemlərlə üzləşdik. Bəzi qüvvələr kiçik xalqların müstəqillik arzusunu boğmağa çalışdılar. Bunun üçün müxtəlif vasitələrdən istifadə olunub.
Regiondakı münaqişələrin həllinə toxunan politoloq deyib ki, bu məsələdə diqqətli olmaq vacibdir. Burada təkcə güc əsas amil deyil. Azərbaycanın son günlər öz ərazi bütövlüyünü bərpa etmək istiqamətindəki səyləri, bununla bağlı qazandığı uğurlar göstərdi ki, Prezident İlham Əliyev çox düzgün, müdrik siyasət yürüdür. Döyüş bölgəsində əldə olunan qələbə təkcə hərbi qələbə deyil, ilk növbədə Azərbaycan diplomatiyasının qələbəsidir.

“Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindən, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Cənubi Qafqazdakı digər münaqişələr, Gürcüstandakı müharibə də öz həllini tapacaq. Bu gün isə uzaqda deyil”, - deyə Badri Natçkebiya vurğulayıb.


Xəbəri paylaş

6008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___