Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mərkəzi Bank bankları qoruyur
Tarix: 14-03-2015 | Saat: 12:40
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Mərkəzi Bank bankları qoruyur
Əsas odur ki, əhalinin bank sisteminə inamı artsın.

Son günlər Mərkəzi Bank (AMB) tərəfindən ölkənin bank sektorunu bir sıra risklərdən qorumaq məqsədilə bir-birinin ardınca zəruri sığorta tədbirlərinin həyata keçirilməsinin şahidi oluruq.

Bütün bunları əslində, banklara dəstək siyasəti də adlandırmaq mümkündür.

Ümumiyyətlə, AMB-in son addımlarını onun ölkənin bank sektorunun normal fəaliyyət göstərməsi üçün “əlindən gələni” etdiyi göstəricisi saymaq olar. Bu da təbiidir, o mənada ki, adı çəkilən qurum bu sahədə yeganə tənzimləyici orqan sayılır.

Ancaq burada nəzərə çarpan diğər cəhət də var. O da bundan ibarətdir ki, AMB bu zaman əhalinin də qayğısına qalır. Belə ki, məsələn, AMB nəzdnində fəaliyyət göstərən Əmanətlərin Sığortalanması Fondu (ƏFS) tərəfindən bu ilin fevral ayının 24-dən etibarən banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsi səviyyəsinin 9-dan 12-yə qaldırmasını götürək.

ƏSF tərəfindən məhz qeyd olunan zamanda atılan bu addım olduqca yerinə düşdü. Bir tərəfdən manatın devalvasiyası, digər tərəfdən isə bu ildən banklardakı əmanətlərdən gəlirlərə verginin tədbiqi şəraitində qorunan depozitlər üzrə faiz dərəcələrinin qaldırılması zəruri sayılırdı. Bu, ilk növbədə banklardan vəsaitlərin çəkilməsinin qarşısını almağa, ikincisi də real şəraitdə vəsaitlərin yenidən yerləşdirilməsi tendensiyası zamanı əlavə stimul yaratmaq üçün yardım məqsədilə edildi.

Lakin bu zaman bir təhlükə yarandı.

O da bundan ibarət idi ki, kredit faizləri arta bilərdi. Başqa sözlə desək, bu il ölkə Prezidentinin tapşırığı ilə banklar kredit faizlərini aşağı salmalıdırlar. Qorunan əmanətlər üzrə faiz dərəcəsinin qaldırılması isə buna əks təsir göstərə bilərdi. Düzdür, sözügedən addım banklarların aktivlərini artımaq istiqamətində istənilən effekti verərsə kreditlər bahalaşmalı deyil, əksinə, ucuzlaşmağa meyl etməlidir.

Bununla belə, əlavə tədbirlər lazım idi. AMB nə etdi?

Banklar üzrə bütün depozitlər üçün məcburi ehtiyat normasının 4 dəfə aşağı salınması mühüm addım oldu. Belə ki, bu addım həyata keçirilməli olan tədbirlər silsiləsində bir növ “zəncirin növbəti həlqəsi” sayıldı. Başqa sözlə, bank sektorunu sığortalama siyasətində növbəti addım sayıldı.

Belə ki, 26 fevral 2015-ci il tarixdə verilən qərarla bütün mənbələrdən depozitlər üzrə məcburi ehtiyatlar normasının 2-dən 0,5 faizə salıması ilə banklara kredit təklifləri səviyyəsini nəinki qoruyub saxlamağa, onu hətta artırmaq üçün də imkan yaradıldı.

Qısa desək, bunun mənası odur ki, banklar çəlb etdikləri əmanətlərin daha az – 0,5 faiz hissəsini saxlamaqla qalan hamısını gəlir götürmək məqsədilə borc vermək imkanı qazandılar.

Ancaq, AMB-in bankları müdafiəsi bununla bitmir.

Xatırladaq ki, sözügedən qurumun rəhbərliyi hələ devalvasiyadan öncə banklara əhaliyə öz əmanətlərin milli valyutadan dollara çevirmələri istəyi qarşısında hər cür şərait yaratmalı olduqlarını tapşırmışdı. Bu isə manatla kredit təklifində onsuz da təşəkkül tapmaqda olan problemin daha da genişlənməsinə və möhkəmlənməsinə zəmin ola bilərdi. Buna rəğmən, ölkənin baş maliyyə qurumundan kommersiya banklarına bu ayın 5-i tarixində göndərilən məktubda açıq valyuta mövqeyi üzrə limitin tətbiqinin gələn ilə qədər dondurulması haqda bildiriş söylənildi.

Bunun da məğzi ondan ibarət idi ki, banklar cəlb etdikləri əmanətlərin və yaxud digər vəsaitlərin daha çox hansı valyutada olmasına baxmayaraq kredit portfellərindəki mövcud maliyyəni məhz tələb olunan pul vahidi ilə təklif etməkdə heç bir çətinlik çəkməyəcəklər. Yəni, bu sahədə müvafiq nəzarət aradan qalxdığından sərbəstlik əldə ediblər.

Loru dildə desək, hər hansı bank tutaq ki, 10 milyon dollar məbləğində depozit götürübsə və bunun əvvəl AMB-in qoyduğu limitə əsasən yalnız 10 faizini manata çevirib kredit verə bilərdisə, gələn ilə qədər bu sahədə tam sərbəst olacaqlar.

AMB-in həmçinin həyata keçirdiy tədbirlər sırasında aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına dair qaydala dəyişiklikləri də qeyd etmək yerinə düşər. Bu dəyişikliyə əsasən isə 2015-ci il fevralın 23-nə kimi restrukturizasiya olunmuş aktivlər standart, 2015-ci il fevralın 23-dən restrukturizasiya olunmuş aktivlərsə qənaətbəxş kimi təsnifləşdirilməyəcək ki, bu da qısa desək, banklara verdikləri kreditlər üzrə yaranan borc öhdəliyinə görə likvidliklərinə güzəşt verildiyi deməkdir.

Sözümüz bunda deyil.

Sual yaranır ki, AMB fevralın sonundan etibarən bütün bu addımları atmasa idi və bir-birinin ardınca sığorta tədbirləri həyata keçirməsəydi, nə baş verə bilərdi? Və yaxud, AMB-in başlıca məqsədi nədən ibarətdir?

Fikrimizcə, bəzi bankların tezliklə sıradan çıxmasının şahidi olacaqdıq. Hazırda ölkədə 45 bank fəaliyyət göstərir ki, ötən şərhlərimizdən birində də məsələn, AMB-in banklara kapitallarını 50 milyon manata çatdırmaq üçün verdiyi vaxtı bu ilə - 2015-ci ilə qədər uzatması haqda qərarına münasibətdə yazmışdıq ki, adi bu faktın özü ölkənin baş maliyyə qurumu tərəfindən onların sayını ümumiyyətlə, azaltmaq istənilmədiyini göstərmişdi.

Halbuki kommersiya banklarını “ələkdən keçirmək” üçün bu, yetərli idi.

Ancaq AMB rəhbərliyi hələ o zaman dövlətin bu yolla hər hansı bankı inzibati yolla bazardan çıxartmaq və qeyri-müəyyənliyə yol açmaq niyyətində olmadığını söyləmişdi.

Çünki ölkədə neçə bankın fəaliyyət göstərməli olduğu önəmli deyil. Əsas odur ki, əhalinin bank sisteminə inamı artsın və sözügedən sistemin iqtisadiyyatın maliyyələşdirməsində rolu durmadan genişlənsin.

AMB-in siyasəti də məhz bu məqsədə xidmət edir.


Xəbəri paylaş

8528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___