Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
25 manata görə adam öldürmək istədi...
Tarix: 27-04-2016 | Saat: 17:08
Bölmə:Karusel / Hadisə / Bizim seçim | çapa göndər

25 manata görə adam öldürmək istədi...
Bakı Apellyasiya Məhkəməsində 25 manata görə tanışını öldürməyə cəhddə təqsirləndirilən Ruslan Mikayılov birinci instansiya məhkəməsinin hökmdən verdiyi şikayəti üzrə məhkəmə başa çatıb.
"Xəbəraz.az "-ın məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının R.Mikayılovun apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, hadisə keçən il Sabunçu rayonunda baş verib. R.Mikayılov tanışı Məhərrəm Abdullayevdən 25 manat borc pul alıb. Borcunu geri istəyən M.Abdullayevə R.Mikayılov pulunun olmadığını bildirib. Daha sonra M.Abdullayev R.Mikayılova söyüş söyüb. R.Mikayılov bıçağa əl atıb. Xəstəxanaya çatdırılan M.Abdullayevin həyatını xilas etmək mümkün olub. R.Mikayılov polis əməkdaşları tərəfindən saxlanıb.
O, Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mikayılov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.


Xəbəri paylaş

5628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___