Dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik
Tarix: 27-04-2016 | Saat: 16:38
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər
Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı qaydalar və şərtlər dəyişdirilir.
Milli Məclisdən APA-ya bildirilib ki, Azərbaycan prezidenti qanunun 28-ci (Dövlət qulluğuna qəbul) maddəsinin dəyişdirilməsi ilə bağlı təqdimat verib.
Nəzərdə tutulan dəyişikliyə əsasən, dövlət qulluğuna qəbulla bağlı aparılan müsabiqə test imtahanından ibarət olacaq. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, dövlət qulluğuna qəbul üçün rübdə bir dəfədən az olmayaraq, test imtahanları təşkil edəcək. Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.
Yeni redaksiyada verilən maddədə daha bir neçə dəyişiklik nəzərdə tutulub. Layihə Milli Məclisə təqdim olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, prezident İlham Əliyev aprelin 11-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilib və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilib.
Xəbəri paylaş
6558 dəfə oxunub.
Digər xəbərlər

13-07-2017, 11:51
Ət xalı kəsdirmək istəyirsinizsə, bu yazını MÜTLƏQ OXUYUN
15-12-2016, 13:04
Beynəlxalq Bankın baş direktoru işdən çıxarıldı
3-12-2016, 13:39
Məmmədyarov: "Ermənistan görüşdən qaçır"
26-03-2016, 19:04
Ermənilərin canlı qüvvə və hərbi texnikası belə məhv edildi - Videolar
27-01-2017, 15:01
Yaxınları Dəyanət Rzayev haqqında danışır - Video
5-02-2017, 12:32
Oğlu 32 milyardlıq mirasdan imtina edib - Məşhur milyarder şokda
26-07-2016, 17:49
Şirvanda silah zavodunda güclü partlayış - Ölən və yaralananlar var/YENİLƏNİB - VİDEO+FOTO
11-05-2017, 19:15
Gəncədə toy karvanından pul səpildi, yolda tıxac yarandı - FOTO