İlham Əliyev İran Prezidentinin müavini ilə görüşdü
Tarix: 27-04-2016 | Saat: 13:31
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də İran İslam Respublikası Prezidentinin müavini, mədəni irs, əl işləri və turizm təşkilatının sədri Məsud Soltanifəri qəbul edib.
"Xəbəraz.az "xəbər verir ki, dövlət başçısı İran İslam Respublikasının BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda yüksək səviyyədə təmsil olunmasından məmnun olduğunu dedi və bunu dostluğumuzun növbəti göstəricisi kimi qiymətləndirib.
Son vaxtlar İran İslam Respublikasının yüksək vəzifəli şəxslərinin ölkəmizə səfər etdiklərini vurğulayan Prezident İlham Əliyev İran Prezidenti Həsən Ruhani ilə bu yaxınlarda İstanbuldakı görüşünü də məmnunluqla xatırlayaraq bildirib ki, bütün bunlar ölkələrimiz arasında münasibətlərin nə qədər yüksək səviyyədə olmasını göstərir. Dövlət başçısı ikitərəfli əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
İran İslam Respublikası Prezidentinin müavini, mədəni irs, əl işləri və turizm təşkilatının sədri Məsud Soltanifər BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə etdi. Hələ Gilan valisi vəzifəsində çalışdığı vaxt bir neçə dəfə Bakıda, Gəncədə və Azərbaycanın digər yerlərində olduğunu deyən iranlı qonaq bu dəfəki səfəri zamanı son vaxtlar ölkəmizdə gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi və bütün sahələrdə əldə olunan nailiyyətlər münasibəti ilə dövlət başçısını təbrik edib.Axar.az
Xəbəri paylaş
6498 dəfə oxunub.
Digər xəbərlər

1-05-2015, 14:05
Xırdalanda Nənə-ilə- Nəvəni maşın vurdu -ÖLƏN VAR
20-07-2017, 23:05
Stilist Gülruhu arıqladan – PƏHRİZ
12-06-2015, 15:14
Braziliyalı ulduz futbolçu artıq Türkiyənin “Antalyaspor” klubu ilə razılığa gəlib.
5-06-2016, 20:57
Əfqan deputat evində öldürüldü
28-01-2017, 15:08
İmtahanların qiymətləri belə tənzimlənəcək
5-12-2016, 18:57
Məşhur filmlə bağlı ŞOK: Zorlama səhnəsi gerçək imiş (+18 VİDEO)
24-07-2023, 11:35
"Onların əlindən Bakıda yaşamaq istəmirəm"
19-02-2020, 14:25
95 Saylı Tərtər Seçki dairəsindən Prokurorluğa Müraciət Etdilər…