Ukraynada azərbaycanlıların igidliyindən danışıldı
Tarix: 27-04-2016 | Saat: 00:12
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Aprelin 26-da Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının mərkəzi ofisində “Çernobıl: faciənin nəticələrinin ləğvinə Azərbaycanın töhfəsi” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbir Çernobıl AES-də baş verən qəzanın 30 illiyinə həsr olunub. “Dəyirmi masa”nın təşkilatçısı Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev Şəhər Təşkilatı olub.
AzərTac xəbər verir ki, tədbirin moderatoru, diaspor təşkilatı sədrinin birinci müavini Seyidəli Qədiməliyev XX əsrin ən böyük texnogen fəlakətindən, azərbaycanlı çernobılçuların cəsarət və qəhrəmanlığından danışıb.
Sonra əslən Xaçmazdan olan, diviziya komandiri Cəmşid Naxçıvanski adına xüsusi məktəbin (indiki C.Naxçıvanski adına Hərbi Lisey) məzunu, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şakir Yəhyayev və sumqayıtlı çağırışçı Fəxrəddin Həşimov 30 il əvvəlki faciəli və eyni zamanda, qəhrəmanlıq hadisələri ilə bağlı şəxsi xatirələrini bölüşüblər. Hər iki həmyerlimiz faciə zamanı Azərbaycan xalqına xas cəsurluq, fədakarlıq və qəhrəmanlıq göstərib, Çernobıl AES-dəki qəzanın nəticələrinin aradan qaldırılmasında iştiraka görə medallarla təltif olunub.
Ş.Yəhyayev və F.Həşimov öz çıxışlarında o illərdə Sov-İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin qəzanın nəticələrinin aradan qaldırılmasında böyük rolunu vurğulayıb, Çernobıl AES-in ölümcül 4-cü reaktoru üzərində sarkofaq tikmək məqsədilə onun xüsusi texnika ayırmasını xatırlayıblar.
Diaspor fəalı Nazim Hüseynov öz çıxışında xüsusi qeyd edib ki, azərbaycanlı çernobılçular ölkəmizdə sistemli və daimi sosial müdafiə ilə əhatə olunublar.
“Dəyirmi masa”da həmçinin T.Şevçenko adına Kiyev Milli Universitetinin dövlət idarəçiliyi kafedrasının müdiri, siyasi elmlər doktoru, professor Dmitri Nelipa, Azərbaycan gəncləri adından kikboksinq üzrə üçqat dünya çempionu Elçin Əliyev və digərləri çıxış edib. Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat fəaliyyətinə, bu gün Azərbaycanın bütün sahələrdəki uğurlarına həsr edilən nəşrlərlə də tanış ola biliblər.
Tədbirin sonunda S.Qədiməliyev Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının sədri, əməkdar idman ustası, Azərbaycanın və keçmiş SSRİ-nin əməkdar məşqçisi Oleq Krapivinin adından Ş.Yəhyayev və F.Həşimova hədiyyələr təqdim edib.
Xəbəri paylaş
5228 dəfə oxunub.
Digər xəbərlər

25-08-2016, 17:41
Rusiya muzdlu ordusunu Qarabağa göndərir
16-07-2016, 10:54
Rəsmi Bakıdan Türkiyədəki hadisələrə münasibət: "Dövlətin yanındayıq"
12-03-2022, 14:21
"Bayraktar"ları "Ərdoğanın qatil dronu" adlandırırdı,
23-09-2015, 23:35
Şadlıq evlərində səs sistemi o qədər güclü olur ki, əslində orda keçirilən ... - Video
24-12-2022, 11:00
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO
16-11-2016, 20:05
Evdə üzərlik, kəklikotu yandırın ki...
1-05-2016, 17:18
Bələdiyyə ilə bağlı - Yeni qayda
31-03-2018, 12:28
Mart ayında ermənilər atəşkəsi 3146 dəfə pozub
11-01-2022, 11:51
"Başına qoyduğu qızıl tacı öz cibindən düzəltdirmişdi"