Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiyada Azərbaycan vətəndaşı tutuldu
Tarix: 26-04-2016 | Saat: 23:08
Bölmə:Karusel / Gündəm / Hadisə / M2 | çapa göndər

Rusiyada Azərbaycan vətəndaşı tutuldu

Rusiyada yaşayış üçün saxta sənədlərdən istifadə edən Azərbaycan vətəndaşı saxlanılıb.

ANS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, onu Kamışin rayonunun polis əməkdaşları tutublar.

Kamışin Polis Şöbəsindən bildiriblər ki, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxsdən 2015-ci ilin dekabrında Kamışında ona Rusiyada yaşayış üçün verilən sənədlər tələb olunub. Saxlanan şəxs isə sənədləri təhvil verib. Eskpertlərin araşdırması nəticəsində həmin sənədin saxta olduğu üzə çıxıb.

Şübhəli şəxs barəsində Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 327-ci (bilə-bilə saxta sənəddən istifadə etmə) maddəsi ilə cinayət işi açılıb. İndi bu maddə ilə onu altı ay məhbus həyatı gözləyir.

Hazırda şübhəli şəxs xarici vətəndaşlar üçün nəzərdə tutulan müvəqqəti saxlanılma müəsisəsinə yerləşdirilib.

Bu azərbaycanlıların Rusiyada saxta sənədlərdən istifadə etdiyi ilk fakt deyil. Bir neçə gün əvvəl də şimal qonşumuzda saxta sənədlərdən istifadə edən 24 azərbaycanlıya hökm oxunub. Norilsk rayon məhkəməsi saxlanılan şəxsləri 19 min rubldan (433 manat - red.) 33 min rubla (752 manat - red.) qədər cərimələyib. Onlar saxta sənədlərdən istifadə etməkdə ittiham ediliblər.

Belə ki, saxlanılan şəxslərin passport nəzarəti mənqətəsində təqdim etdiyi sənədlərin həqiqiliyi polis əməkdaşlarında şübhə yaradıb. Şübhələrin doğru olması isə aparılan müvafiq ekspertizalar ilə təsdiqlənib.


Xəbəri paylaş

5448 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___